0

pofigistin qorxusu, ya da çox isdiirəm Səni..

Bu obirilərinə bənzəməz. bu çox pis hissdir. Pofigistin qorxu hissi. Bu nə qaranlında tindən çıxıb üstüvə qışqırmağın nəticəsində iki anlıq dəhşətdi, nə də 20 saniyəlik kabusu saatlarca gördüyünü zənn edib tər içində oyanmaqdı. Bu, onu itirmək qorxusudur.

Bunu – itirmək qorxusu hissini yaşamamaq üçün yəqin hələ çox ağıllı deyiləm. Onu bildim ki, bədənimdən soyuq tər axır. Nə 2 anlıq, nə də 20 saniyəlikdir. O danışmasa, günlərlə yaşayacam bunu. Özümü fikirləşdikcə havalanmış kimi bugünkü axmaq bozumtul rəngiylə “dumanlı Albionu” xatırladan havanı günahlandırıram. Heç sevmirəm İngiltərəni. Çox darixdırıcı və azişli gün oldu, günün yarısında isə onu incitdim.

Gülürəm özümə. Məsləhətlər alırdılar məndən. təsəllilər verirdim hamıya ki, düzələcək, yaxşı olacaq, hətta mükəmməl belə olacaq. Indi özümü kökləyə bilmirəm ki, bunun bir neçə saatlıq inciklik olduğunu şüurumla dərk edim. Mmm… sevgi şüursuz hərəkətlərə şüurlu cavab verməyən hissdir.

Ya da boz buludlar Hilalım və Şəmsim olan Səni mənimlə zarafat etmək üçün gizlətdilər, axşam Ulduzların simasında parlaqlığınla sevindirmək üçün..

Bu elə hissdir ki, 2 Jack Daniels, 1 Almeco və 5 bakal pivə belə məni onun sərxoşluğuna sala bilməz.

Hə.. çox istəyirəm Səni… dəhşət çox.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.