Çoxdandır ki, hisslərlə bağlı heçnə yazmıram. Səbəb isə xöşbəxtlikdir. Xöşbəxt olanda ideallıqdan uzaqlaşıb reallığa, materiyaya qarışıram. Və həyati problemlərin həlli ilə zövqlə məşğul oluram.
Qardaşımın yanına getdim, əsgərlikdədir. Mənim həyata baxışımı dəyişən əsgərlikdə. Dediyinə görə əsgər getdiyi üçün razıdır həyatından. Çünki əmindir ki, o da dəyişəcək. Köklü xarakterik xüsusiyyətlər qalır, sözsüz, ama yeni mahnılar yazmağına, ən azından, kömək olacaq.
Yolda iki mükəmməl qəzanın şahidi oldum. Həyatın hər üzünə gülürəm, bunu da düz bir il əvvəl əsgərlikdən qayıdandan sonra öyrənmişəm. Ölümə də, qəzaya da, kiminsə bədbəxtliyinə, digərinin xöşbəxtliyinə, hər şeyə gülümsəyirəm. Optimizm, pofigizm – sən istəyirsən de. Onu bilirəm ki bu çox rahatdır. Gülüş orta əsrlərdə Romamın “atası” tərəfindən qadağan edilmişdi. Gülüş yeganə haldır ki, insan düşünməyi belə unudur. Fiziki mümkün olmur. Unudan insan isə hər şeyi unudur. Allahını da, şeytanını da. Keçmişini də, gələcəyini də. İnidisini də.
Mən də gülümsəyirəm. Ən pis halda enerjim vəziyyətini dəyişəcək. Sizin “ölüm” dediyinizi nəzərdə tuturam.
Əslində yazımı iki gün əvvəl ağlıma gələn həyat müqayisəsinə həsr edəcəkdim. İndi çalışacam calaşdırırım. Alınmasa da ki, cəhənnəmivə ki.
Stiv, Bill, Zukerberq, bunlar haqqında oxudum, həm şirkətləri, həm özləri, qısası beynim texnologiya dünyasının alqoritmlərinə köklənmişdi. Sonra insanlara baxırdım, hər gün, hər gecə. iPod qulağımda çıxdım küçədə uzandım prezindentimizin şərəfinə çəkilmiş asfaltın üstünə. Həm ölüb getmiş musiqiçilərin ölmədikləri – enerjilərinin mahnıları ilə yaşadıqlarını fikirləşirdim, həm də gecə vaxtı küçədən keçən insanların trial yoxsa beta həyat yaşadıqlarını. Bəlkə də demodur. Xəbərləri yoxdur.
Trial müddət. Maraqlıdır. Təsəvvür et ki, sənə 30 günlük möhlət veriblər yaşa. Gətir “qrevi” çatdır ki, öldürməyək, ya da pulu ver ki, təzə ürək qoyaq.
Demo həyat. Gözlənilənin demək olar ki eynisidir. Ya da belə demək mümkünsə, açarı alana qədər müvəqqəti xöşbəxtlik. O açar da nə isə.. kayfını çıxar, xoşuva gəlsə, orijinalını al. Biraz qəliz fəlsəfədir..
Beta, versiya. Bunu çaşdırıram həmişə. Test mərhələsindəsən, heç özümüz də bilmirik nə olacaq, nəsə təzə şeydir, veririk sənə yaşayasan. Bu bədbəxt həyatdır, sən sınaq dovşanı kimisən. Bu həyatdakı “deşikləri” (maneələr, boşluqlar, səhvlər) ilk sən yaşayırsan, biz isə sənə baxıb onları düzəldirik ki, özümüz yaşamayaq.
Ya da ki həyatın çox monotondur. Update elə. Təzə SP-lərdən vur ona. Bağla ordakı deşikləri. Virusabənzər məxluqlar girməsin. Troyanlar, şpionlar. Qoyma sındırsınlar html-də yığılmış həyat sxemivi. Ya da OS-i (Əməliyyat sistemi). Kim yığıb? Allah deyə bir proqrammisti ağlından qəti keçirmə. Çünki bu həyatdır. Hələ imkanın varsa, bir-iki antixaker (cangüdən) otuzdur yanında, qoy, qorusunlar həyat səhifəvi. Pulun çoxdusa, flash falan da yüklə, java-ya da əl at. Hərəkətlilik qat özüvə. Əşşi o qədər danışmaq olar ki bundan.
Əslində yaşadığımız həyatda hamısı baş verir, fərqinə varmırıq sadəcə.
Ama ən yaxşısı gülüşdür. Boş ver keçmişdə sistemivə girib orda autoruları buraxan zibili, ya da çökdürüb həyatıvı format eləməyə səbəb olan virusu. Həyat daha sadədir. Çünki antivirusları bizim üçün heçkim yazmır. Özümüz edirik hər şeyi. Keçmişdəki avtorana da, indiki virusa da gülsək, onlar delete olunacaqlar. Gülüş ağcaqanadlara təsir edən pifpaf kimidir. Sənin əhvalın yüksəlir, o isə mənəvi məhv olur, bəzən fiziki də (pulun varsa, raid al, yəni daha ürəkdən gül).
Ama ağlamaq.. alova benzin kimidir. Ya da virus düşmüş kompdan antivirusu silmək kimi.
Hə, əzizim. Səni çox istədiyimdən keçmişindəki virusları (əgər onlar bizim bugün ağlamağımıza səbəb olurlarsa, deməli virusdurlar) sənə xatırladıram. Çünki bugünkü məni görüb onlara gülməni istəyirəm, əgər mən sənin keçmişə baxıb gülməyinə səbəb ola bilmirəmsə, özümü keyfiyyətsiz, ya da istifadə müddəti bitmiş antivirus kimi hiss edirəm. Yox əgər desən ki, mən əlayam, sadəcə sən unudub gelə bilmirsən, onda belə çıxır ki, sənin sistemin (həyatın) məni dəstəkləmir, ya da mənim yazı dilim sənin sitemini. Bu isə ən pisidir. Hətta keyfiyyətsiz antivirusdan belə pisdir (heç olmasa xırda-xuruş troyanları məhv edə bilir).
İstəyirəm ki, güləsən, onsuz da unutmaq olmur. Unutsaq, bizim data base o virusu tanımayacaq, yenidən sistemə buraxacaq. Sadəcə gülək, mas.
Həyat daha sadədir dedim, çünki antivirusun özünsən, əslində həyat mürəkkəbdir, əgər onun yazıldığı dili anlamırsansa.
Like =)