0

İnsan – kitabdır..

zamanmı dəyişir, yoxsa..
əslində hər şey dəyişir, kainatın ətrafındakı cismlər belə. “çox”dakı “o”ların sayını 3-dəfə artıracaq qədər zaman keçib üstümdən, köhnəlirəm, keyfiyyətim artır, artıq şərabam ya da yeni növ şirə, onu özünüz bilərsiz..
hər il üstümdən keçdikcə qocalıram, ölümə yox tarixə qovuşub ölümsüzlüyə yaxınlaşıram, bu da optimist olmağıma bəs edir.
uşaq vaxtı heç vaxt hədiyyə gözləməmişəm ad günlərimdə. nə istəyəcəyimi belə soruşsaydılar bilməzdim, həm alınacaq şeyin mənə nə qədər lazımlı olacağını düşünməkdənsə, heç hədiyyə barədə düşünməmək yaxşıdır.
biraz da böyüdüm, yenə də hədiyyələr gözləmirdim, ən yaxşı hədiyyənin isə pul olduğunu deyirdilər.
yenə də böyüdüm. indi isə ən yaxşı hədiyyə kitabdır, deyirlər. o da deyil, mənim üçün. hər kitabı oxumuram, 300 səhifəni oxuyub 2 yeni şey öyrənməkdənsə, yarım saat küçədə oturub adamlara baxaram və düşünərəm.
adamlar, keçid insanlara. insan – hər bir bayrama, hər bir günə ən gözəl hədiyyədir. hər insan bir kitabdır, nöbəti səhifəsi yazılmamış, müəllifi isə hər birimizik (təsəvvür et! bir kitabın müəllifi digər kitablardır). ömrümüz boyu yazırıq, yazılırıq, köhnəlmiş səhifələrimizi bəzilərimiz cırıb tualetə gedir, bəzilərimiz paketləyib arxivə atır, bəzilərimiz isə daim qayıdıb başdan oxuyuruq…ətrafımızdakıların həyatlarını biz yazırıq, adi küçədəki salamdan tutmuş, “bu gecə otel nömrəsində gecələyək” cümləsinə kimi. qarşı tərəfin cavabından asılı olmayaraq kitabımız yazılır, rəngli qələmlərlə.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.