..sanki taqətsiz qocanın sahildəki ləpələrdən tənhalıq kədərini onun qırışmış qəlbindən söküb atmasını hər gün tükənmiş göz yaşları tökərək yalvarmağından fərqli deyilmiş kimi ayrıldım o evdən, tanrının verdiyi son nəfəsi qoydum o otaqda.. yataqdakı hıçqırtına oyandığım səhər qədər darıxıram..yuxularındakı xəyanətin qədər əzizsən ruhuma,..ağlım qəlbinin zindanında əbədi məhkum..hər gün divarlarına anlarımı cızdım, bir gün ağrısını duyub yanıma gələcəksən deyə.. kar divarlardan başqa kimsə duymaz oldu səsimi,
Boğazınla sinən arasındakı cəhənnəmə vasil etdim özümü, pıçıltınla alışıb yandım..xaliq edib məxluqun oldum. kor qığılcımın işıltısını ovcumda gətirdim sənə, yuxulu günəşə dəyişdin..
Toxundu bu əllər yad ayaqlara, dəydi bu barmaqlar özgə dodaqlara, qopdu vücuda sadiq ruh, satdı tərim o incə bədənini, qoxladım o sənin olmayan ilahi qoxunu.. onda tanrım olmadığını anladım.. həsr edəcək göz yaşlarım oldu o yataqdan sənə, süzülərək yad döşəkdə itənlər.
Dodağım dodağından asılmış, hüzur tapmır hələ də yad boyalarda..baxışlarım gözlərimi, ruhum vücudumu, qanım damarlarımı yalnız qoyur öpüşüm sənsizliyə toxununca.. bahara xəyanət edib qışla yatan ot oldum.. soyuq qar isidən örtüyüm, qaranlıq gecələr günəşim oldu ilk və son dəfə səni düşünməyi istəmədən başqasına toxunduğumda…
qolların yataq oldu vücuduma.. ölümüm səni mənə ölümsüz etdi..