Standartd şənbələrdən biri idi bugün. Yay olduğuna görə iş azdır. Oturmuşdum fb-də. Əvvəla qeyd edim ki, FB heç də iş görməyə mane olmur. Bu sadəcə özünü idarə edə bilməyən insanların bəhanələridir. Nəysə. Gəldim çıxdım dostlarımdan birinin səhifəsinə və infiniti hovuzların şəkillərini gördüm. Avtomatik başladım kapitalizm haqqında düşünməyə. O kapitalizm ki, sol yoldaşlarımız McDonaldsa kapitalizmin paytaxtı deyib təbii ehtiyaclarını ödəməyə ora gedirlər, və “ancaq işəməyə yarayır” kimi ifadələrlə özlüklərində kapitalizmi söymüş olurlar. Fikirləşdim ki, bu gözəlliklər elə bu “içinə işədikləri” kapitalizmin bəhrələridir. Deyəcəksən ki, vizual aldadır? Əşşi mən həyatı vizual yaşayıram. Gözlərim hər cür gözəllikləri gözrməklə mənə yaşam stimulu verir. Rəqabətə dözmək, mübarizə aparmaq əzmimi artırır. Demə ki, solda da belə olacaq. Olmayacaq, ay brat, ya da yoldaş. Çünki rəqabət olmayanda inkişaf yoxdu. Konkret yoxdu. İndi bir – iki şəkil qoyum baxın.
Başa düşürəm əşşi, həyatda solçular olmasa, kapitalistlərin də elədikləri maraqsız olar. Hə, bir də deyim ki, şəkillər Kubada şəkilməyib.