biraz əvvəl bir yoldaşım, əsgər yoldaşım, digər ortatəhsillilərdən fərqli olan bu gənc enerji toplusu maraqlı bir sual verdi mənə:
– sənin üçün azadlıq hər şeydi ?
– həri
– sənə azadlıq təklif eləsələr , maksimum nəyinden keçərsən ?
– mən zatən azadam
Əslində bu mənim halımda olan insan üçün verilən sadə bir cavabdır. Azadlıq çox intim bir anlayışdır. Seksual gizlilik iki nəfər arasında qalırsa, ən yaxşı halda, azadlıq yalnız özündə qalmalıdır. Azadlığı milyarderin pulunu sevdiyi qədər sevməlisən, azadlığı – ilk dövrəsində avtobusdakı insaların çoxluqdan əzildiklərini üst güzgüdən görsə belə günlük planının 1/4-ni artıq doldurduğundan Nəqliyyat Nazirliyini sevəcək sürücü qədər – sevməlisən. Azadlığa görə nədən keçə bilərəm? Azadlığa görə anamdan da keçə bilərəm, Azadlığa görə öz canımdan keçib anama Azadlıq verə bilərəm. Bu mənim üçün azadlığın nə dərəcədə intim bir hiss olduğunu bildirir.
davam..
– Mənə çatmayan sadəcə bir şey var. Dünyaya öz istəyinlə gəlməmisən ki, gələndən sonra da öz istədiyini edəsən?
– Sən düşünməkdən məhrumsan 🙂
– Bu suala cvb idi , yoxsa mənə müraciət elədin ?
cvb gozduyrem
– Sənin dünyaya öz istəyinlə gəlməməyinə cavab yalnız öz istəyinlə getməməyin ola bilər, yaşamağın yox.
Doğuşdan bizim yalnız bir məsuliyyətimiz var: özümüz üçün gözəl yaşamaq. Qalan digərləri isə bizim özümüzə problemlər formasında yartdığımız məsuliyyətlərdir. Ki, ani xoşbəxtliyin ətrini duymaq üçün kifayət qədər üfunətli problem yaradırıq. Bundan qaça bilməyəcəyimizə belə özümüzü inandırırıq. Və sonda həyatımız tövlədən və ya kanalizasiya borusundan fərqli bir şeyə çevrilmir. Üfunətli həyatda iri cirboğlular və iyrənc ilbizlər gəzirlər. Bizim bu həyatımız onlar üçün yeganə məsuliyyət – gözəl yaşamaq – üçün ən gözəl şərait yaradır. Gəlir çıxır birinin xoşbəxtliyi digərinin bədbəxtliyi üzərində qurulur. Ama xoşbəxt olan çox oxuyub, çox bilən olmur, xoşbəxt olan problem üfunətinin dozasını tənzimləyə bilən olur.
Yadıma tələbə vaxtı tək-tük hörmət etdiyim müəllimlərdən biri düşdü. Yaşar müəllim deyərdi: “Sən, mən, bizlər öz istəyimiz və xəbərimiz olmadan bu dünyaya gəlmişik”. Əslində, necə də bəsit və bilirikmiş kimi səslənir. Amma doğrudan da bu həqiqət nə deməkdir? Bizdə hansı suallar və cavablar yarada bilir, bilirikmi? Diqqət edirikmi əlamətlərə? Çox az…Maraqlı diskusiyadır, Hafiz. Adamı uzaqlara, sərhədsiz uzalara aparır. Bu da mənim azadlıq sayıqlamalarım:)http://sabinavaqif.wordpress.com/2010/11/20/azadliq-m%C9%99nc%C9%99/