0

həyat başdan başa gözləntilərdir

Həmişə nəyisə gözləyirsən

Ananın işdən gəlməsini gözləyirsən

Tənəffüs zəngini gözləyirsən

Tətili gözləyirsən

Buraxılış imtahanlarını gözləyirsən

Qəbul imtahanlarını gözləyirsən

Sessiyanı gözləyirsən

əvvəl “ONU” gözləyirsən

məhkəmənin qərarını gözləyirsən

hakimin fitini gözləyirsən

sonra istənilən birini gözləyirsən

hamamdan çıxmağını gözləyirsən

nəhayət nə vaxt rədd olub gedəcəyini gözləyirsən

svetoforda yaşılı gözləyirsən

restoranda isti yemək gözləyirsən

fevalda yayı gözləyirsən

iyulda yeni il yolkasını gözləyirsən

bazar günlərini gözləyirsən

ağacların nə vaxt böyüyəcəyini gözləyirsən

cümə axşamı yağış gözləyirsən

dənizdə havanı gözləyirsən

öz növbəni gözləyirsən

səni gözləyəcəklərini gözləyirsən

prinsipcə

özünün

artıq heçnə gözləmədiyin

anlayanda

 fərqinə varırsan ki,

sən

yalnız səhərin açılmağını

axşamın gəlməyini gözləyirsən.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.