0

pul və pul…

Pul, kağız parçası. Bəlkə də özümdən çox razı olduğuma görə insanların “heçvaxt etməyəcəklər” dediklərini etdirə bilirəm. Heçnə etmirəm, sadəcə edəcəksən deyirəm, insan özünə şübhələnir və məhz etmək istəmədiyi şeyin gözəlliklərindən ona danışıram və o onu zövqlə edir. mmm.. Mən Allaham? Bəli. Sadəcə, ol demirəm. Daha fərqli olaraq “edəcəksən” deyirəm və sən böyük məmnuniyyətlə edirsən.

Niyə afrikada uşaqlar acından ölür, ama İsveçrədə biri 12,2 milyard dolları 8 otaqlı evə xərcləyir? Çünki bu elə belə də olmalıdır. Labüd olmayan heç bir şey olmur.

Pul qazanılır. Pul sənə “edəcəksən” deyib sən edəndən sonra əldə etdiyim eqomdur və ondan necə istifadə edəcəyimə mən qərar verirəm. Pul – mənim bacarığımın dəyər almış və digər bir materiyaya çevrilə biləcək formasıdır.  Bacarığım mənim allahlığımdır. Və mən əldə edə biləcəyimə əminəm, çünki mən bacarıram, ən azından bacaracağımı bilir və bunu düşünürəm. Məni allah edən sizin özünüzün allah olduğunuzu bilməməyinizdir.

Ama bunların hamısı üçün əvvəlcə pofigist olmalısan. həyatın sırf sənin və səndən başqa heç kimi olmadığını anlamalısan. pofigist – ona mənfi təsir edə biləcək istənilən mövcüdatı ignor edə biləndir və o daim optimizmin yüksən nöqtəsində durur.  Bu onun ətrafını böyüdür və ətrafı da onu daha böyük edir, o kiçik xərclər etməklə böyük mənfəət əldə edir.

Bəzən Azərbaycanın reallığını düşünürəm və nə qədər ağır olduğunu görürəm. Bəziləri üçün ədalətsiz belə sayılar. 7 dil biliyi, xarici təhsili, dünya təcrübəsi və s. üstünlükləri olan, kopüterin altından girib üstündən çıxan biri öz dilindən başqa az-maz da rus dili bilən “yoğun şişka”lara böyük pullar qazandırmaqla məşğul olurlar. Ədalətsizlik? Mən deməzdim. İndiki şişkanın hardan hara gəldiyinə baxsaq, çox şeyləri görərik. Onun o vaxt çəkdikləri məhz bugün sənin kimi birinin ona pul qazandırması üçün olub. Səndə indi et ki, sabah 15 dil bilən sənə qazandırsın. Pul.  Çoxluğu allah edir, yoxluğu qul.

Pul allah edir, yoxsa allahlığım pul qazandırır? məncə ikincisidir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.