həyat çox qəribə şeydir. qəribəlik yaxşı və pis olur, yaxşı və pis isə bizim durduğumuz mövqedən, yanaşma aspektimizdən və tərzimizdən asılıdır. yəni həyatıızı özümüz yaxşı qəribəlik edə bilərik, həmçinin pis.
rusların bir qrupu var. adı nobody.one-dır, onların da çoxlu mahnıları var, ama yalnız birinin adı lifeline-dır. həyat xətti. yuxarıda qeyd etdiklərim həyatı ədəd oxu kimi düz ya da maqnit dalğaları kimi əyri. ama bu mahnı da həyatın bütün anılarını izah edirmiş kimi məni özünə bağlayır.
əvvəl körpəlik, sadə istəklər, valideynlərin sənə uca nöqtədən baxmaları, sənin böyüməyin, çılğın yetkinliyin, anlaşılmaz hərəkətlərin, müəyyən dövrdən sonra nizama girməyin, təkrar hərəkətlərin həyatı sistem halına salma cəhdləri, ağır günlər, uzanan pessimizm, göz yaşlı anlar, bezib düşünmək istəmə və düşünmə, düşünüb qərar vermə və həyatı bütün eybəcərlikləri və gözəllikləri ilə görməyə çalışma, onu olduğu kimi qəbul etmə, öz həyatını idarə etməyi öyrənmək və sükunətə qovuşmağa doğru aparan qocalıq dövrü. dərin və ağır nəfəslər.
Əla mahnıdı. hər dinlədiyimdə yeni həyatlar yaradıram – həbs, azadlıq, ölümlə mübarizə, sevgini itirmək, karyera davamiyyəti, inkişafa cəhdlər və s-ə həsr edilmiş həyatlar. Musiqi həyatı olduğundan daha gözəl əks etdirir