0

istəklər həyatın yanacağıdır..

bu adi bir söz deyil. həqiqətən də yaşamaq üçün stilmul olmalıdır, hər günü zənginləşdirmək lazımdır. zənginliyin sənin o günə olan ruh yüksəkliyin və fantaziyalarındır. ruh yüksəkliyi də özündən asılıdır. bunla o qədər qarşılıqlı bağlı fəaliyyət göstərən vəziyyətlərdir ki, hanısının birinci edilməsi və ya hansının digəri üstündə üstünlüyünün olması çətin anlaşılandır. fərdlərə görə isə bu dəyişir.

dünən axşam bir filmə baxırdım. istehsalı barədə heç bir məlumatım yoxdur. sadəcə iki nəfərin müxtəlif məkanlarda bir gün ərzindəki dialoqları maraqlı idi.

İstəklər həyatın yanacağıdır. Onsuz həyat fəaliyyət göstərmir. İstəklər benzin və ya dizel deyil, onlar dənizdən və qurudan çıxarılmırlar, ona görə də az miqdarda da olsa, bizim həmişə hərəkət etməyə yanacağımız olur. Çünki bu yanacaq beyin adlanan platformadan sovrulur. bu BOMJ-da da eyni cürdür, baxmayaraq ki, həyat eşqi bitmiş kimi görünür. hər yeni açılan gün üçün nəsə yeni bir şey tapacağını umur. biz hamımız həyatdan nəsə umuruq, istəyirik.

biz böyük həyatın kiçik həyatlarını yaradırıq yaşamağımızla.
zamanın da böyük rolu var, düşündüyümüzdən də böyük. stilmul olmasa yaşam bitər, sən düşünə bilərsən ki bugün havasan və stimul yoxdur. ama niyə yaşayırsan? sənə elə gəlir ki stimul yoxdur, ama bugünün stimulu məhz sabah yeni nəyinsə baş verəcəyinə ümid etməkdir. və bu da bakın dibində qalan yanacaqdır, hansı ki, bitmir.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.