yanımda “my woman” deyə biləcək bir görünməzə ehtiyacım var elə bil. simlərinə 2-3 saniyə intervalı ilə toxunaraq duyğularımı ifadə edən gitara. uzun yolu aramla gedən biri kimi heç tələsmirəm. yorulanda əlimi buraxacaq və yolu sərbəst getməyimə imkan verəcək , dincələndə isə peyda olub başını çiynimə qoyub rahatlıq tapacaq birini gözləyirəm sanki. onun digər qadınlardan fərqi vücudunun olmaması olsun. onlar kimi qorxmasın ki, itirəcək nəyisə var, ya da qərarsızlıq içində boğulmasın. o bilsin ki, onun heç nəyi yoxdur və hər şeyi var, istədiyi zaman mən ondayam və o məndədir, istədiyimiz anların sinxronluğunu istəyirəm. uzaq olduğu qədər yanımda, tənha olduğu qədər mənli olsun. toxununca canlılığını yaşayım.
heç biri mənə sahib çıxa bilmədi ki.. bunun da fərqinə varınca təkliyin mənə sahib olmasını özüm istədim. hərdən nəfəsi durdurursan ki, yenidən nəfəs ala biləsən.. hərdən isə onun durmaması üçün nəfəslər durdurursan. hərdən susub, hərdən də danışmaq istəyirsən, susanda səsimlə ruhum danışır, susmayanda səsimlə vücudum. hərdən gəlirəm ki, çıxıb gedim və öz varlığımı bildirib, hərdən isə çıxıb gedirəm ki, varlığım unudulsun. hərdənsə sadəcə düşünməmək istəyirəm, ya da düşünməməyi düşünmək ki, sonra necə edib düşünməməyi yaşayım.
itirdiyin an bunun məğlubiyyət olduğunu anlayırsan, zəfər qazandığın anda. hərdən düşünmədən öpüşmək, sadəcə, nəfəslərimizin sinxron rəqslərinə tamaşa etmək istəyirəm. hərdən sevgini bir filmə bir qap çipsi ilə baxdıqdan sonra yüngül seks kimi anlamaq, hərdən bir yastıqda qocalmaq, hərdən də gey və lezbinin qarşılıqlı ehtirası kimi bilmək.
kimsə sıradan biri ilə öpüşmək istəməz, öpdüyü “special one” olmalıdır. elə deyil ki, sıradan biri öpüldüyündə “special one” olur və bitdi. ondan əvvəlki və sonrakı proseslər yad əhəmiyyətlidir.