2

Olmamağa cavab Ölməməkdən keçir..

Yoxdan var olan var.

Səmadan yaranıb bataqlıqdakı üfunətin gözəlliyinə aşiq olanlar var. Musiqisiz rəqs edənlər, ağ vərəqi oxuyub çirkabı dərk edənlər var. Hərəkət etmədən çatanlar var, baxmadan görənlər, görmədən duyanlar var. Susaraq danışanlar, gülərək ağlayanlar var. Unudulan unudmayanlar, unudan unudulmayanlar var. Düymələrə basıb word-də yazsa belə, yazdığını göyərçinin aparacağına inanlar var. Yəni mümkün olmayan heçnə var.

Olmağı yox, ölməməyi istəyən mümkünsüzlər… Həyat ölüm kitabının yanlışlarla dolu tərcüməsidir. Qanunsuz ardıcıllıqdır…hansısa halın maddəyə dönüb var olma bacarığıdır, proses olmasa belə səbəbli nəticədir. Ölməmək isə doğrudur, real olmayan reallıqdır. Hüceyrələrin inqilabıdır, yaddaşın beyinlə müharibəsidir.. ruhun cism üçün viza alıb torpağa yola salmasıdır..özünün isə dincəlməsi..

 Ölməmək ölməməkdir. Sonsuzluğu sonlu sərhədlərlə məhdudlaşdırıb sonsuz sayda gömrükləri keçməkdir..

Ölməmək – tanrını şeytan, şeytanı tanrı, sevgini nifrət, nifrəti sevgi, qaranlığı bəyaz, həyatı isə ölüm edib boşluq yaratmaqdır..

Ölməmək sükutdur, qorxu olmadan qorxmaqdır, əldə etmədən itirməkdir, yox olmadan var olmaqdır, ölmək yox, olmaq istəməyənləri öldürüb yox etməkdir..ki, olmadıqlarına inanıb ölməz olsunlar. Yox olan yoxdur, var olanın olmamasıdır yox olan..

Tanrı dolu boş səma, insan olmayan  səs-küylü otaqdır..

P.S. İch Afa.. hər şey çox mürəkkəb sadəliklərdir..kiçik böyüklər, sarı qanlardır.

2 thoughts on “Olmamağa cavab Ölməməkdən keçir..”

  1. düşündürdü, çaşdırdı.
    əvvəli şairanə idi.İlk abzası cox sevdim.
    sən filosof olaqcaqsan!
    bəzi fikirlərlə
    (Ölməmək – tanrını şeytan, şeytanı tanrı, sevgini nifrət, nifrəti sevgi, qaranlığı bəyaz, həyatı isə ölüm edib boşluq yaratmaqdır..)razı deyiləm.
    amma bu sənin fikrin.respect!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.