0

allahına de, cavab versin

kainat əbədidir? yoxsa əbədi deyil? kainat eyni vaxtda əbədidir və əbədi deyil? kainat eyni zamanda əbədi deyil, və müvəqqəti deyil?

kainat sonsuzdurmu? kainat sonludurmu? kainat eyni zamanda sonludur və sonsuzdur? kainat eyni zamanda nə sonludur, nə sonsuzdur?

əziz mömin, dindar və ya müsəlman dostum (digər formada inananlarla işim yoxdu, monoteistlərədir sözüm), sən inanırsan ki, axirətdən sonra bu suallara cavab tapacaqsan, hər şey hamıya agah olacaq. onda davam edək..

 

sən əmin ol ki, öləndən sonra bilə bilməyəcəksən ki, təhtəlşüurla necə idarə etməlisən ki, ani olaraq kainatın digər küncünə gedəsən, kainatın digər küncü varmı? ümumiyyətlə küncü varmı?

bilməyəcəksən ki, qara dəlikdə hansı canlılar var və ya orda canlılar varmı, hansı materillar var ki, bizdə mövcud deyil.

sən öləndən sonra sənin allahın sənə deyə bilməyəcək ki, qara materiya nədir?

qara enerjinin təbiəti nədir?

enerjinin rəngi varmı?

kainatın başlanğıcı necə olub? olubmu bu başlanğıc? başlanğıc və son anlayışları hardan formalaşıb?

Eynşteynin cazibə nəzəriyyəsi bitmişmidir?

neytrinoların kütləsi necədir və onlar kainatda təkamülə necə təsir ediblər?

kosmik sürətləndiricilər necə formalaşıblar və onlar hansı hisəni sürətləndirirlər?

protonlar stabildirlərmi?

materiyanın yüksək gərginlik və təzyiqdə müasir vəziyyəti necədir?

əlavə məkan-zaman ölçümləri varmı?

dəmirdən uarana qədər olan elementlər necə yaranıblar?

və s. və s. və s. sən hələ də deyirsən ki, allah cavabın bilirsə mənə gərək yoxdur? ya da ki, axirət günü öyrənəcəm?  sən bədbəxtsən, çünki sən hələ də düşünürsən ki, Nyuton almadan sonra kəşf edib cazibə qüvvəsini. Heç olmasa otur biraz fikirləş. ya da az da olsa elmlə məşğul ol.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.