Və qapı açılır, əsrlərcə həsrəti çəkilən ruhun vücuda daxil olduğu səssizlik kimi girdim otağa, simasından yağan hönkürtü dolu sevinc gizlədir o gözləri. İşıqları beynimin qırışıqlarında kimsəsiz bir küncə çəkilmiş kimi qaranlıqdır hər tərəf.. şərab təkin axır dodaqlarımdan öpüşü, bu ruh bu vücuddan başqasını sevməz oldu. Boğazından sinəsinə gedən yolda tikan kimi bitib göz yaşlarına susayan hisslərim. Hər dəfə öpəndə tikə-tikə edir dodaqlarımdan qəlbinə gedən səssizliyi..
Uzun-uzun çəkmədən bədənimi bədənindən qoxladım tüm hüceyrələrini.. barmağınımla oxudum hər millimetrini təninin, ehtirasdan sönük şam kimi qapanmış gözlərimlə incələdim qəlbini, özümü görmədim və usulca sildim ayaq izlərimi ordan. Qoymadım oyansın o tərli sinəndə yatmış saçların. Özgənin varlığını işıqlandırıb mənə çatanda binur olan nəfəsindən qopub getdim, arzularımı gecənin qaranlığında dəfn etdim.
Sən ki bilirsən, daim içkimdəsən, uzaq olduğun qədər yaxınsan, yaxın olduğun qədər uzaq olduğun saatlardan fərqlidir bu dəfə.. zaman-məkan anlayışı itib, fəzada axtarıram.