0

oxygene

uçuram, bir tərəfdən stylOo, bir tərəfdən oxygene. kosmosdayam, evrem, kainat nəysə artıq.ulduzların içində özümü elə hiss edirəm ki, sanki ulduzlar da mənim bir səma cismi olduğumu qəbul ediblər, biz danışırıq.

xırda, qırıq, xırıltısız, səslərlə, sakitliklərlə. boşluqda yüksüz hissəcik kimiyəm. nə yaxşı, nə də pisəm, öpülməsi gərəkən kosmosmu, çökülməsi gərəkən hisslərmi. eyni anda hər şey və heçnə.

arxa fonun müşayəti ilə tunel boyunca gəzirəm, qarşıda sayrışan ulduzların aydınlatdığı qaranlıq, ama bu vahimə və zülmət deyil, işıqdır. başlanğıc və sonun olması mütləq deyil, bu sadəcə davamlı dövr edən yaşamdır.

Sönməyə izin vermir ki, başqası yanacaq zatən. ya da izin sahibisən, tanrı falan axtarma, bunu dövr etdirən bizik, çünki bu bizi yaşadır, biz də onu.

1-00-11-01-10-010-0-100-101-11-001-o və budur. həm doğru həm yalnış. ön, arxa yoxdur, arxa , ön də yoxdur.

yalnız var var və yox olan var. həm də var olan yoxdur.

anlamağa məcbur deyilsən. nəfəs al.. sonra ver, sonra yenə də al .. və davam et. başlanğıc və son artarmaqla həyatı anlamlı etməyə çalış.

mütləq heçnə yoxdur və hər şey mütləqdir bu özü də nisbidir və onu da nisbiləşdirən nisbət var. yox olan da elə budur.

hələ görüş də var. o qalsın sonraya.

məna dolu mənasız bir şey elədim. məna axtar tapmasan, mənasızdır, tapsan mənalı

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.