0

fantaziyalar

bugünü həyatımın xüsusi qəribə günləri silsiləsinə aid edə bilərəm. 3 yalnız online tanıdığım müxtəlif din və inanc sahibləri ilə Vitamin kafedə görüşdük. sakit mühitdə fikir mübadiləsi etdik. Əslində mövzu: tanrının illüziyası və ya tanrldan kənar hər şey illüziyadır? idi. Debat etdik. Hürufilik, Aqnostisizm, Panteizm, və Teizm. Söhbət əsnasında çox bilmədiyimiz şeylər ortaya çıxdı. Gəldik şərq fəlsəfəsindən, orta əsrlər dövründəki mədəniyyətə çıxdıq. Səyahətimizi daha sonra qədim dünya sivilizasiyaları və təkamüllə davam etdik. Sözsüz ki, kosmos da daxil idi.

Qənaətim odur ki, insan özüdür hər şey. həm həqiqət, həm yalan, doğru və yalnış, nisbət və mütləqiyyət. var və yox. hamısı. həm insandır həm də yox. əlavə nəsə demək boş şeydir, əslində qarşı tərəf onun müəyyən faizini anlayır və onun da fərdiliyi məhz elə bundadır. səni tam anlamamasında. heç sən də onu anlamırsan. və bu da bunun boş yox əslində məna kəsb etdiyini sübut edir. hər şey birini isbat edir eyni zamanda da inkar edir.

bizim fantaziyalarımızı sözlər məhdudlaşdırır bəlkə? biz ki düşünəndə düşüncələr sözlərlə ifadə olunur. deyil mi? bəs bir insan dil bilmədən çox böyük dünyagörüşlü ola bilər, ya bilməz? və o necə düşünər? həqiqət deiləni bilə bilərmi? ya da kainatın sirrini çözə bilərmi?

dairədə hər nöqtə başlanğıc və hər nöqtə sondur.

P.S. mən kainatın sirri çözmək kimi abstraksiyalar qururam, kimsə Güney Azərbaycana azadlıq istəyir. Biz bu qədər müxtəlifik. Həyat buna görə də əladır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.