2

film Begotten/Eynicinsli

Hardasa 3 il əvvəl black metalın suicidal və depressive janrlarına təzə başlamışdım qulaq asmağa. əvvəl  ordakı vokal xətti çatmırdı mənə, amma çox bəyənirdim. Orxan Nəbiyev daha öncədən dinləyirdi və bircə onu dedi ki, bu səs sanki insanın daxilindəki acısıdır. Bu cümlə bəs elədi ki, mən Silencer, Sterbend, Bismillah, Bleak, Make a change … Kill yourself, Nile kimi qruplarla maraqlanıb və Sterbendlə Bleak-ə vurulum. Amma bu qrupları tanımamışdıan öncə bu janrda olan bir mahnının klipinə baxdım. Əslində bu klip deyildi. Bu film idi. Fraqmentlə götürülüb mahnıya uyğunlaşdırılıb. Yadımda deyil hansı qrup idi oxuyan. Amma filmə baxmaq istəyirdim.

Filmin qısa izahı: tanrl qocalıb və çılğınlaşıb. o, atılmış evdə öz iç orqanlarını ülgüclə kəsib doğrayır. ana təbiət onun hələ soyumamış cəsədinə minet edir və onun toxumları ilə özünü mayalandırır. Uzaq səhrada eybəcər bir oğlan uşağını dünyaya gətirir. Yoldan keçən cüzəmlilər onu özləri ilə götürürlər və səyahətə çıxırlar.

 

film 1991-ci ildə Elias Merhige tərəfindən çəkilib. Janrına görə eksperimental/horror üslubunda çəkilib, sürrealist filmdir. abstrakt bir əsər. təxminən 72 dəqiqə davam edir. adı isə Begotten-dir. Yəni Eynicinsli.

Filmə baxandan sonra düşündüm ki, məhz bu film suicidal və depressive black metaldakı vokal xəttini daha yaxşı izah edir.

Diqqət! zəhmət olmasa, filmə dindar, mömin, səbrsiz şəxslər baxmasın.

2 thoughts on “film Begotten/Eynicinsli”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.