0

köhnə dostum, qaranlıq!

yazmadım… yazmadım, nə olsa da ən gözəl, ən axmaq hisslər səninlədir.
bu dəfə də hello, darkness, my old friend deyib, gəldim hüzuruna.
qaranlıq kimisən, hər şey içində gizlidir, istədiyin kimi onu mənə nümayiş etdirirsən. hərdən yox kimi, həm də inandırırsan, hərdən var. hansının həqiqi olmasını isə bilmirəm, axtarmaqdan da yorulmuşam desəm, yalan olub-olmadığını da bilməyəcəm ..
həə.. gülünc vəziyyətdir. 3 gün əvvəl kainatın yaranması prosesinin təsiri altında idim, və nihilizmi şüurlu olaraq nədir deyə anladım.. indi isə bir mahnının təsiri altındayam. dəhşətdi..mahnı yox.. ruh halım.. bilmirəm ki, hardan çıxır hara gedir..

4 gün əvvəl isə elə-belə 1 il əvvəl unutduğum rəqəm yığınını xatırlayıb-xatırlamamağımı yoxlamaq istədim, yaddaşım bu dəfə də mənə qarşı vicdansızlıq etdi, məgər unutmamışmış. hiss edirəm, demək ki, belə olan şeymiş, hamıdan hər şeyi tələb etdiyim halda, sənin heçnə olmasa da, yoxluğunun mənimlə olmasını istəyirəm..
yenə uçuram, yenə stylOo, beyində düşüncələr, ruhda yükləmələr, qulaqda ahənglər, gözdə kor fantaziyalar..

nəfəsinlə verdiyin karbonu belə oksigenim kimi udaram…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.