“Sizi özümdən yaxşı tanıyıram.
Mən hamını aldadan nankor, əclaf biriyəm. İkili həyat yaşayan, müqəddəsləri söyən, fahişələrə ibadət edən alçalmışam, hətta pula satılan, zəifi əzən, bədənini satan, heç nədən iyrənməyən biriyəm. Amma, siz məni sevir, mənə hörmət edirsiz. Çünki siz də sizi əzənlərə, təhqir edələrə hörmət edir, sizi zorlayanları sevirsiz!
Sizi sizdən də yaxşı tanıyıram.”
bu fikirdə aqressiyanın olub-olmamasını təhlil etmək istədim, etdim və sizinlə paylaşdım. psixoloq-falan deyiləm.
yazı aqressiv deyil, hətta deyərdim ki, optimist yazıdır. niyə? çünki..
1. özünün etdiyi bütün pislik və iyrənclikləri görür.
2. bunun qarşılığında ona nifrət olunması əvəzinə ona sevgi bəslənilir və o da bunu görür. dəyərləndirir.
3. təzad yaradır və bu təzaddan da onları tanıdığını bildirir.
1-ə açıqlama verim. adam öz etdiyi pislikləri görməyəndə özünün pis biri olduğunu bilmir bu optimist edir onu (vəhşilik olsa belə). bu halda isə görür, gördüyü halda pessimizmə qapılmır. niyə? çünki..
..çünki 2-ci hal var. o başqalarının ona olan müsbət reaksiyasını görür, yəni qınaq obyekti yox, sevgi obyektidir. əgər qınaq obyekti olsaydı və nifrət bəslənsəydi, avtomatik olaraq 1-cidəki halların ikisinin də üstündən xətt çəkib “öz pisliklərini görür, buna davam edir və bundan zövq alır” olacaqdı və “kor yox, görən optimist” olacaqdı. o isə belə deyil..
3-cü halda onun özünə inamı var və o qarşı tərəfləri onlardan yaxşı tanıdığını bildirir. özünə inam olan yerdə isə pessimizm zəifləyir, nadir hallarda ola bilər. bu halda isə olmur. çünki əvvəlki iki punkt imkan vermir buna.
mmm.. bəs niyə aqressiv görüntü yaradır? çünki o özünün bir əzici biri kimi təqdime dir, tiran, monarx və s. ama ona bəslənən qorxu deyil, sevgidir. deməli yenə də aqressiya itir. aqressiya o zaman olar ki, qarşı tərəf ona nifrət etsin. hətta sən çıxış edirsənsə, nifrə sahibi də sənsənsə, yenə də aqressiya yoxdur, vəhşi zövq var çıxışda. Niyə aqressiya yoxdur?
çünki.. özünü alçaldır çıxışında. əvvəldən axıra kimi.. “yəni belə olmamalıyam, amma beləyəm.” deməli məcburiyyətdir. məcburiyyətin hardan doğması burda elə də əhəmiyyətli deyil.