0

gecə gündəliyi – alman və yəhudi. təbii balans

12.10.2011 / 23:07

Məktəbdəyəm, yarısağlam e51-lə oturmuşam. uşaqlar yatırlar (3-9-cu sinif), yatmamışdan əvvəl isə çox ağladılar, cəza verdim sözə qulaq asmadıqlarına görə. Fiziki cəza, vurmadım, döymədim. Bağça üsullarına biraz əsgərlik metodları əlavə etdim. Küncə qoydum, əlləri boyunlarının arxasında, bir ayağı üstə. Əvvəl də biraz “jim” elətdirdim (yorulana qədər), sonra da çök-qalx verdim, hardasa 200-dən çox, ayaqları əsənəcən. Məsələ orasındadır ki, dərs oxumayandan enerji bədəndə qalır, yorulmursan, bu da özünün başqa cür biruzə verir.

Əsgərlik yadıma düşdü (əsgər boş olanda ağlına lazımsız şeylər gəlir). Ardıcıllığı pozmadan düşündüm ki, mənim etdiklərim kənardan amansız işgəncə kimi görünür. Qəddaram?! Hitleri xatırladım. Özümə baxdım. Hər sinfə yaş kateqoriyasına görə cəza tətbiq edirəm. Daha yaşlı daha təcrübəli və ağıllıdırsa, tabesizlik məqamında ən ağır cəza da onun olmalıdır. Daha ağıllı, daha fürsətcil, daha fərasətli – Yəhudilər?!

Hitleri anlayıram.

Üzümü humanizmdən dəm vuranlara tutram. Hitlerə və  Hitlerin simasında digər hitlerkimilərə qarşı tolerant ola bilməyənlərə: mənə izah edin. Sizin ailəyə biri kənardan müdaxilə etsə, ailə üzvlərini iş yerlərindən məhrum etsə, ac qalsaz, pulsuz qalsaz, ilk fürsətdə o adamı  və ya adamları məhv etməzsiniz? edərsiz, aclıq pis şeydir.

Bəs Hitlerə qədərki Almaniyadan nə qədər xəbəriniz var? Almaniya = ac ailə. Bir almanın öz ölkəsində bir yəhudi ucabtından, yüksək vəzifə qalsın qırağa, işə qəbul ola bilməməsi və ya çox aşağı maaşa nökər kimi işləməsi?! Sənə xoş olardı ki, Azərbaycanda hər hansı bir Türkiyə türkünün ya da farsın, çinlinin və sənin gördüyünüz eyni işin müqabilində onun səndən 3-4 dəfə yüksək qiymətləndirilməsi, həm maddi, həm mənəvi?! ya da idarə heyətinin yalnız onlardan ibarət olması?! Bəs o vaxtkı alman və Almaniya barəsində nə bilirsən?!

Yəhudilərə də, almanlara da xüsusi hörmətim, sevgim və rəğbətim var.

Çünki humanist deyiləm. Tərəf tutmadan təhlil etməyi bacarıram. Bəli, humanist olmaq tərəfli olmaqdır.

Yəhudi 2000 illik acığını özünəlayiq ağıllı birindən çıxmalı idi, sadəcə unutmuşdu ki, varvar tayfalarının vətəni ilə zarafat olmaz. Ağıllı olduqları qədər də, sizin dilinizlə desək, qəddardırlar.

Əslində hər şeyə yuxarıdan baxa bilsəz görərsiz ki, bu – yaşamaq uğrunda mübarizədir. Bu cür etməyənlər məhv olurlar.  Növ itir, dediyiniz anti-humanizm olmalıdır, yoxsa Latınlar kimi olar aqibət. Bu labüddür. Bu xaotik nizamın bir hissəsidir. Sənin mənim bu yazımı anlamaman da normaldır. Çünki bu yazını səndən fərqli anlayan var. Bu bir balansdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.