Sakit, sükut içində, səssiz, daha sürətli, daha cəld, açır, parçalayır, çıxır, geriyə qayıtmat üçün gedə bilmir.
əllər yazır, barmaqlar tabe olmur, qaranlıq çökür torpağa, alır işığı öz ağuşuna, sonsuzluq yaxınlaşır, ətrafı sarır.
Qadın susur, əsir, sanki orqazmdan dizlərində taqət yox, simlərin cingiltisi, qapı sınır, fısıltı ilə alınan qorxunc nəfəs, absurdların intihar cərəyanı, dərin düşünən beyin, ölmək istəməyən vücud, məhv etmək həvəsində olan şüur, sonrasını görməyən gözlər, eşidən qulaqlar, sükut…
Dərin nəfəs, dəlikləri qapanmış burun, gözəl barrmaqların çürümüş qoxusu, çatlamış dodaqlar, yaşamaq eşqi, yalquzaq tənhalığı.
Qocalmış, məzarlığa gedən küçələr, tələsən yağış, yorğun külək..artıq uçuşmayan tozlar, yumulmağa hazırlaşan göz qapaqları, dayazlaşan bəbəklər…
Ruhuna toxunulamadan cismini satmışlar, güləməməkdən ağlamağı unutmuşlar, içmədən sərxoş olmuşlar… ağızlarının bakirəliyi pozanlar, bilməsinlər deyə gözlərini yumub təsəvvür belə etməyənlər..
Ağaclar.. ağaclar….çiyinlərində ağ kəfən, ayaqlarında qara zəncir, gedəcəkləri yer məchul, çürüklər, töküləcəklər, yaşıl rəngi unutmuş, qaranlığa qərq olmuşlar. ən yaaxın dostları qarğalar, göz yaşları arabir yağan səhra yağışı, bunlar lal..
Soyuq bir küncdə uyuyan daş parçası, anlayır, düşünür.. o isə kor..
83 yaşlı qoca, meşənin ortasında, kiçik ev, axşamüstü, pəncərə, isti şokolad, düşüncələr, cavanlıqdakı o etiraz, inqilab ruhu.. indi, tankın zəncirləri kimi gərilmiş ayaqlar, külək kimi əllər, ağır notlar, susqun dilin deməyəcəkləri danışan ağaran gözlər.. bilir ki, son yeri ölü küçələrin köçdüyü sahil olacaq…
Toxunulmamış yerlərdə uzun gəzintidən sonra bütün qatarların sonunda sis qapını örtür.
Yenə də gecə idi, gölün dərinliyində kiçik meşə evin üstündəki daşın üstündə üzür, dünya yatır, amma o burda idi..işıq göründü, qoca titrədi, dünya oyandı..Qadın əsir, onun ürək ağrıları qrimlənib, qaranlığın dalğalarında sörf edir, sərhədlərini yarır..