0

Steve Jobs-un prinsipləri

Bu postumda Stivin illərlə necə dəyişdiyini rahat görmək olur. Maraqlıdır. Bugün dediyimi bir kağıza yazım və 3-5 -10 ildən sonra ona rəy bildirim. Oxuyaq..

 

•Kompüterlər velosiped kimidirlər. Yalnız bizim şüurumuz üçün.  [Memory and Imagination : New Pathways to the Library of Congress, 1991 il]

• Mənim öz otağım yox idi, mən dostlarımgildə döşəmədə yatırdım, kola şüşələrini 5 sentə təhvil verirdim ki, yemək alım və hər bazar günü həftədə bir dəfə yaxşı axşam yeməyi yemək üçün krişna məbədinə qədər 7 kilometr yol gedirdim. Bu əla idi! [Stanford məzunları önündəki çıxışı. 2005]

• İnsanların evlərinə kompüter almaqlarına əsas səbəb milli kommunikasiya şəbəkəsi ilə əlaqə yaratmaq imkanı olacaq. Biz bu mərhələnin başlanğıcındayıq, lakin bu əsl irəliləyiş olacaq. Təxminən telefon kimi. [Playboy, 1985 ]

• Donanmada xidmət etməkdənsə, pirat olmaq yaxşıdır. [Odyssey kitabında sitat: Pepsi to Apple, 1982]

• Əgər biz hansısa səbəbdən keyləşsək, tutaq ki, bir neçə düzəlməz səhvlər buraxsaq və bununla da İBM və Microsoftla rəqabətdə uduzsaq, o vaxt kompüter sənayesinin qara günləri başlayacaq. [ Steve Jobs: The Journey is the Reward kitabından, 1984]

• O (kompüter) çox sadə təlimatları yerinə yetirir – rəqəmi götür, başqa rəqəmin üzərinə gəl, nəticəni üçüncü ilə müqayisə et.. amma o bunu saniyədə 1000 000 dəfə sürətlə edir. Saniyədə 1000 000 əməliyyat isə sehrli kimi gəlir. [Playboy, 1985]

• Siz ömür boyu şirinləşdirilmiş su satmaq istəyirsiz, yoxsa mənəqoşulub dünyanı dəyişmək?  [PepsiCo-nun prezidenti Con Skuliyə, Apple-ın baş direktoru vəzifəsinə cəlb etmək məqsədilə, 1983-cü ildə deyib. İki ildən sonra Skuli Cobs tərəfindən işdən azad olundu. ]

• Con Skuli işçilərin beynini yalan dəyərlərlə dolduraraq Apple-ı dağıtdı. O, düzgün prinsipli insanları düzgün olmayanlara çevirdi. Birlikdə onlar Apple-ınvə ən əsası onun istifadəçilərini deyil, öz mənafelərini güdərək onlarla milyon dollarlar qazandılar. [Smitsonov institutunda çıxış, 1995 ]

• Mənim elə bir qarnıma zərbə vurub ruhumu çıxardıblar. Mənim cəmi 30 yaşım var, ama mən şeylər yaratmağa davam etmək istəyirəm. Mən bilirəm ki, mən ən azı 1 dənə mükəmməl kompüter yarada bilərəm, amma Apple mənə bu şansı verməyəcək.  [Playboy, 1987 ]

• Mənim Apple-ı xilas etmək üçün planım var. Şirkətə yaraşan ideal məhsullar və ideal strategiya. Lakin orda məni dinləyən kimsə olmayacaq.  [Fortune, 1995 ]

• Geriyə baxanda deyə bilərəm ki, mənim Apple-dan qovulmağım həyatımdakı ən yaxşı hadisə oldu. Mən uğurlu insan yükündən azad oldum və yenidən yeniçər yüngüllüyü və şübhəsinə qovuşdum. Bu məni azad etdi və yaradıcılıq periodumun başlanğıcına məna qatdı.   [Stanford məzunları önündəki çıxışı. 2005]

• Ac qalın, dərrakəsiz qalın.  [Stanford məzunları önündəki çıxışı. 2005]

• Microsoftun problemi onların zövqlərinin olmamasındadır. Tamamilə zövqsüzdürlər. Onlar yaradıcı düşünmürlər. Onların məhsullarının mədəniyyəti yoxdur.  [1996, Triumph of The Nerds]

• Stolüstü kompüterlərin bazarı ölüb. Microsoft sənayeyə heç bir innovasiya gətirmədən dominantlığından istifadə edir. Bu sondur. Apple uduzdu, lakin personal kompüterlərin tarixində Orta əsrlər başladı. Və bu 10 il davam edəcək. [Wired, 1996 ]

• Mən ona hər şeyin ən yaxşısını arzu edirəm, həqiqətən. Mən sadəcə düşünürəm ki, o və Microsoft – bütün bunlar meşşandır. O cavanlığında LCD ilə vaxt keçirsəydi, ya da hibbilərlə yaşasaydı çox fayda götürmüş olardı.  [Bill Qeyts haqqında. The New York Times, 1997]

• Kreativlik – sadəcə əşyalar arasında əlaqə yaratmaqdır. Yaradıcı adamlardan soruşanda ki, onlar bunu necə etdilər, onlar özlərini biraz günahkar hiss edirlər, çünki onlar əslində heçnə etməyiblər, sadəcə fərqinə variblar. Bu zamanla onlara aydın olur. Onlar təcrübələrinin ayrı-ayrı parçalarını əlaqələndirib, yeni nəsə sintez edə biliblər. Bu ona görə baş verir ki, onlar başqalarından daha çox görüb və yaşayıblar və ya ona görə ki, bu barədə daha çox düşünürlər.   [Wired, 1996]

•Sən cavan vaxtı televizora baxanda düşünürsən ki, telekompaniyalar danışıblar və insanları kütləşdirmək istəyirlər. Sonra böyüyürsən və belə bir fikir gəlir: insnlar özləri bunu istəyirlər. Və bu daha qorxuducu fikirdir. Əlbir olmaq qorxulu deyil. Sən bicbalaları güllələyə bilərsən, inqilaba başlayarsan! Lakin heç bir danışıq yoxdur, telekompaniyalar tələbatı ödəyirlər. Təəssüf ki, bu həqiqətdir.   [Wired, 1996 ]

• Apple-ım müasir məhsulları zibildir – seksual deyillər.  [Apple-a qaytıma ərəfəsində BusinessWeek, 1997]

• Bu təkcə mənim şəxsi şoum deyil. Şirkətdə çoxlu istedadlı insanlar var və onlar uzun illər boyu bütün dünyanın onları luzer adlandırmasını dinləməyə məcbur olublar. Onlardan bir neçəsi buna özləri də inanmağa başlamışdılar. Lakin onlar luzer deyillər. Onlara yaxşı plan və top-menecmentdə yaxşı komanda lazımdır. İndi onlarda bu var.  [Özünün Apple-a qayıdışı barədə, BusinessWeek, 1998 ]

• Fokus-qruplarldan istifadə edərək məhsul yaratmaq çox çətindir. İnsanlar çox vaxt bilmirlər nə istəyirlər, sən onlara təqdim etməyənə qədər. [BusinessWeek, 1998 ]

• Biz ekrandakı işarələri o qədər əqşəng etmişik ki, siz onları yalamaq istəyəcəksiz .  [Mac OS X barədə. Fortune, 2000]

• Bəzi krossovkalar iPod-dan bahadırlar.  [iPod-un $300 qiymətini izah edərkən. Newsweek, 2003 ]

• Möhtəşəm məhsulları yaratmaq çek yazmaq kimi sadə olsaydı, Microfostun möhtəşəm məhsulları olardı. [2007 ]

• Bu cəhənnəmdə buzlu su stəkanı kimidir. [Windows istifadəçiləri arasında iTunes-un məhşurluğu barəsində . Bill Qeystlə AllThingsD konfransında birgə çıxış zamanı, 2007 ]

• Bugün biz üçü birində olan məhsulu təqdim edəcəyik. Bu inqilabi mobil telefondur. İnternetə çıxışı olan sensor ekranlı iPod. [iPhone-nun təqdimatında. 2007 ]

• Biz axtarışa burnumuzu soxmuruq, amma onlar telefonlarla məşğul olmaq qərarına gəliblər. Səhv salmaq lazım deyil, onlar iPhone-u məhv etmək istəyirlər. Biz onlara imkan vermərik.  [yeni Google Android mobil əməliyyat sistemi barəsində.  2010 ]

• «Qəddar olma» — bu boş söhbətdir.  [Google -un «Don’t be evil» korporativ lozunqu barəsindı, 2010]

• Bu mükəmməldir.  [iPad-in təqdimatında, 2010]

• Mən artıq demişdim, təkrar edirəm: Apple-ın DNT-sinə yerləşdirilib ki, təkcə texnologiya bəs etmir. Yalnız humanitar elmlərlə əlaqədə olan texnologiyanın nəticəsi bizim ürəklərimizi oxumağa vadar edir. İndi hamı planşetlər bazarına çıxır və onlara yeni PC-lər kimi baxırlar. Onlar sürət haqqında elə danışırlar ki, sanki bu PC-dir. Hard və softu ayrı-ayrı şirkətlər hazırlayırlar. Lakin bizim bütün əcrübəmiz və bədənimizdəki hər bir sümük deyir ki, bu –  düzgün yanaşma deyil.  [iPad 2-nin təqdimatında, 2011 ]

• Bu sadəcə işləyir. [iCloud-un təqdimatında, 2011 ]

• Son 33 ildə mən hər səhər güzgüyə baxıram və özümə sual verirəm: “Bugün mənim həyatımdakı son gün olsa, mən bugünə planlaşdırdığımı edəcəyəmmi?”  [Stanford məzunları önündəki çıxışı. 2005]

• Mən qəbirsanlıqda ən varlı adam olmaq istəmirəm. [The Wall Street Journal, 1993]

• Problem orasındadır ki, mən biraz da böyüdüm və anladım ki, texnoloji yeniliklər dünyanı dəyişməyə qadir deyillər. Bağışlayın, ama bu həqiqətdir. Bu anlayış uşaqların yaranmasından sonra əmələ gəlir. Sən dünyaya gəlirsən, qocalırsan, sonra ölürsən. Və belə çooox uzun illərdir davam edir. Heçnə bunu dəyişməyəcək.  [Wired, 1996 ]

• Apple-ın innovasiyalı və işıqlı günləri hələ irəlidədir.  [ Apple-ın əməkdaşlarına son sözləri 24 avqust 2011]

• Xatırlamaq ki, mən tezliklə öləcəm – mənə həyatımdakı ən vacib qərarları verməyə əsl alət oldu. Tezliklə ölüm haqqındakı fikirlər – itirəcək nəyinsə var illüziyalarından azad olmanın ən yaxşı vasitəsidir. Sən sanki çılpaqsan və ürəyin deyəni etməmək üçün səbəbin yoxdur. Ölüm-həyatın ən yaxşı kəşfidir. . [Stanford məzunları önündəki çıxışı. 2005]

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.