elə məktəbi qurtaranda TQDK-nın blankında kodlaşdırma aparan zaman yazdığım ilk fakultə BDU-nun İqtisadi Kibernetikası idi. İqtisadi hissəsini qoyum qırağa, proqrammist olmaq istəyirdim. Məqsədim YARATMAQ idi. Elə oldu ki, ADNA-ya daxil oldum. Və qırağa qoyduğum İqtisadi hissə, gəlim BİM formasını aldı.
dərdim təzələndi 🙂
İki gündür oxuduğunuz bu bloqda dəyişikliklər eləməklə məşğulam, daha doğrusu edib öyrənirəm. CSS-i öyrənmək lazım idi. HTML biliklərim olduğu üçün onu rahat öyrəə bildim. Kiçik detalları çıxmaq şərti ilə. Eşq vurdu başıma. Başladım jQuery-ə girişməyə, sən demə, jQuery dərya imiş. ilişib qaldım. kömək axtarıram. Axtara-axtara Anton Shevchuk adlı bir bloggerin bloguna çıxdım. Adam veb-dizaynla bağlı olan hər şeyi öz bloqunda beginnerlər və ya yeniçərlər üçün detallı şəkildə izah edir. Ama mən yenə də söhbəti tutmadım. Özü PHP üzrə mütəxəssisdir. Blogunun da çoxlu sayda abunəçiləri var. Yarısı da elə proqramçılar, dizaynerlər falandır. Komentləri oxumaq belə dəhşətlidir. Nə qədər termin var, ala.
Məndə həmişə belə bir şey olub. Düşünmüşəm ki, proqramçılar dahidirlər. Həmişə gözümdə böyük olublar. İki gün əvvəl bir maraqlımonoloq eşitdim. Əslində biz düşməni özümüz üçün şişirdirik. Onların olmayan xüsusiyyətlərini var edirik, böyüdürük. Onların bilmədiklərini bilirlər sanırıq. Onları bəlkə də heç vaxt olmayacaq biri obrazına salırıq və qorxuruq.
Bu düşmənin görüntüsüdür. Biri də var: İlahiləşdirmək. Eyni sadaladıqlarım müsbət halları ilə xarakterə oturdulur. Sonda: “O bir dahidir!” əmələ gəlir.
Ama ona yaxın olanda və onun bilikləri ilə daha yaxından tanışolanda, onun zəif nöqtələrini bilmiş olursan və artıq o “ilahilik”dən, “ideallıq”dan, “məğlubedilməz düşmən”dən çevrilir adi bir şəxsə.
bu sadəcə bizim fantaziyamızdır. özündən güclü birini formalaşdırmaq normal insanlarda rahatlıq hissi yaradır. Elə Allah da bu sinifdəndir. İdeal bir obrazdır. Məntiqsizdir. Lakin insan rahatdır. Ondan güclü olan var. Tək-tək insanlar var ki, özünü istənilən halda güclü hesab edir, ondan güclüsü yoxdur deyə, ya da varsa da, onun üçün əhəmiyyətli deyil. Əsas odur ki, onu özünə tabe edəcək ağıl gücünə və fəlsəfə gücünə malikdir.