düşüncə nədir?
düşüncə batildən həqiqətə doğru getməkdir. batil dediyim yalandır. yalan isə budur.
düşüncə azda çoxu görməkdir.
könlündə bir təsəvvür yarandısa, bu təzəkkürdür*, düşüncəyə dalıb bu mərhələdən keçdin, bu isə ibrətdir. Fikirləşmək üçün olan təsəvvür ağıl sahiblərində düşüncəyə çevrilir. bir zamanlar var olmuş təsəvvürlərin ehtiyatdan çıxarılıb yenidən xatırlanması və bunun nizamlı baş verməsi anlaşılmayan şeyləri aydınlaşdırır. Və bir qərar çıxarmaq üçün edilən bu nizam ağıl sahibinin məntiqindən də asılıdır.
ağıl sahibi düşünür, hər şeydən və hər yerdə düşünür. O, tanrının ideallaşdırılmış bir şey olduğunu bilir. dərk edir. O bilir ki, onlar allahı yox bilənləri parlaq günəşi səhrada şam işığı ilə axtaranlara bənzədirlər, o bilir ki, mümkün olan bir şeyi allahdan (mütləq və vacib) kənar tuturlar, ona nümunə etmirlər. Lakin onlar anlamırlar ki, mən onların nizamlarından daha öndəyəm. Və o qədər öndəyəm ki, arxadayammı sualını özümə verirəm. Necə, neçə və nə sullarından fövqəl saydıqlarını niyə sualından uzaqlaşdıra bilməmişlər.
mən kiməm?
mənə məndən xəbər et, özün özünə səfər et. Sən mütləq varlıqsan və sən bunu “mən”lə ifadə edirsən. Həqiqət budur. Həqiqət varlıqdakı surətlərdən biri şəklində ortaya çıxanda sən ona “mən” deyirsən. Mən və sən əsl varlığın cismanı ifadəsiyik. Sən “mən” dedikcə, hər dəfə varlığına işarə edirsən. Mən sözü tək insana məxsus deyil. Birdəfəlik varlığından və varlıq aləmindən qurtul. Dünyanı burax və özün özünə bir aləm ol. Səfər edən də öz “özün”dən xəbərdar olan kəsdir. Yalnız o özünə səfər edib öz “mən”ini tapa bilir.
İnsan formalaşdı və cüzlər aləmindən küllər aləminə üz tutdu. İnsan düşündü. Fikirləşdi və düşüncə sahibi oldu.