0

Eynşteynlə Söhbət

Eynşteynlə ölümünə az qalmış bir vaxtda edilmiş söhbət:

Dünya niyə xaoslar silsiləsi yaşayır?

– Dünya xaosları pis insanlar və qərarlar ucabtından deyil, onları görüb səslərini çıxarmayanlara görə yaşayır.

Dünya hara gedir?

– 3-cü Dünya Müharibəsi təbii mənblərin çatışmamağı ucabtından başlayacaq. Orda hansı silahlardan istifadə olunacağını bilmirəm, amma 4-cü Dünya Müharibəsində daş və sapanddan istifadə ediləcəyini bilirəm.

Siz atomu kəşf etdiniz, Hirosima və Nagasaki üzərinə atom bombaları atıldı. Bu barədə nə düşünürsünüz?

– Hər müharibə insanlığın inkişafına zərər verəcək pislik zəncirinə bir halqa əlavə edir. Mən atomu insanların xeyri üçün kəşf etdim, onlar isə bir-birilərini öldürürlər. Belə olacağını bilsəydim, bir palançı olardım.

Uğurunuzun düsturu nədir?

– A=X+Y/Z (A: uğur, X: çalışmaq, Y: gördüyün işi oyun kimi təsəvvür etmək, Z: danışmaq yerinə iş görmək)

Dünyanın sirrini nə vaxt biləcəyik?

– Bir qum dənəsinin sirri aşkar edə bilsəydik, dünyanın sirrini bilmiş olardıq.

Bir ölkənin gələcəyi nəyə bağlıdır?

– O ölkə insanlarının alacağı təhsilə bağlıdır. Təhsil isə – insanın orta məktəbdə öyrəndiklərini unutduqdan sonra yadında qalanlardır.

Dünya axmaqlarla doludur deyirsiz. Bəs axmaqlara necə tərif verərdiz?

– Eyni şeyi dəfələrcə təkrarlayıb fərqli nəticələr gözləyən adamlar. Axmaqlarla dolu dünya dözülməzdir. ÇÜnki dahiliyin bir həddi var, axmaqlığın isə yox.

Sizin zərif bir insan olmadığınızdan danışırlar…

– Yüksək ruhlar həmişə sıradan biri olan ağılların şiddətli müxalifəti ilə rastlaşır. Əgər elm adamı olub həqiqəti açıb demək istəyirsənsə, zərifliyi dərziyə buraxmalısan. Bi tərəfdən də bir şey deyim ki, məni bu dünyada bir neçə kişi anladı, onlar da yalnış anladı.

Bütün dünyaya bir mesaj vermək istəsəydiz, o nə mesaj olardı?

– Yür üzərindəki yaşamın düzəlməsi təkcə elmi kəşflərlə deyil, çox əxlaqlı bir yaşamın formalaşması ilə bağlıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.