Əslində, mesajlar qısa olanda insanın dinamikliyi onun vəziyyətə, şəraitə uyğunlaşmasına imkan yaradır. Qısa məlumatla daha asan manevr etmək olur. Daha məntiqlidir və bu insanın istədiyinə çatmağa və ya bir şeyin onun üçün olub-olmadığını müəyyən etməsinə xidmət edir. Ya da onun üçün olan bir şeyin onun prinsiplərinə zidd olsa da, özünün adaptasiya olunmasına kömək edir.
Qısa mesaj imkan vermir sənin ona uyğun olmayan fikirlərin öncədən aşkara çıxsın və onun cavabından sonra vəziyyətin nə yerdə olduğunu aça bilirsən. Qısa mesajlar qarşı tərəfin ideyalarının sənə xidmət etməsini təmin edir. Qısa mesajlar mesajın uzunluğunun nə qədər olmasını gizlədir və təyin edir. Qısa mesaj az məlumat demək deyil.
Mesaj verilən zaman səs, bədən və istifadə etdiyimiz sözlərə diqqət yeriməliyik. Mesajlar ötürülən zaman səs 38%, bədən 55% sözlər isə cəmi 7% əhəmiyyət kəsb edir. Mesajla verən zaman diqqətli olun. Əgər diqqətiniz hər şeyi əhatə edə bilmirsə, qısa mesajlara üstünlük verin.