0

Fikir Sexi

Axşam bu kitabın təqdimatına qatılacam. Ümid edirəm ki, vəhşi avtobus sürücüləri mənə bunu yaşamağa imkan verəcəklər. Kitabın adı “Fikir Sexi” dir. Əslində kitabı axşam əldə edəcəyimə baxmayaraq, artıq orda nələrdən söhbət getdiyini bilirəm. Məhşurların məhşur sözləri öz çılpaqlıqları ilə. Əladır.
2 gün öncə özümçün fikirləşirdim ki, bizdən sonra gələn nəsil bərbad gündədir. Adamların nəinki oxumaq, kitab oxumaq və s., hətta İnformasiya Texnologiyalarına da həvəsləri yoxdur. Bunlara öz dilləri ilə nəyisə başa salmaq lazımdır. Düşünürəm ki, “Fikir Sexi” bu koteqoriyanın ilki olacaq. Kitabın qiyməti 5 manatdır. Az-dilli kitab üçün digərləri ilə müqayisədə əladır. Həm də bu pula digər iki kitabın çapı nəzərdə tutulur. Onları da, deyəsən, pulsuz paylayacaqlar. Fikirlər əladır.

“Fikir Sexi” çox fikir sahibi olmayanları fikir sahibi olmağa çağıracaq, insanlar fikirləşməklə, düşünmək arasındakı fərqi hiss edəcəklər. Bunlar mənim o kitabdan gözlədiklərimdir. Kitabın PR-ı elə ordakı fikirlərin FB statusu kii paylanması olacaq.

Açıq deyim ki, mənim kitab oxumaqla elə də aram yoxdur. Çünki kitabların mənə verəcəyi şeyləri özüm üçün kifayət hesab etmirəm, gündəlik oxuduğum müxtəlif yazılar, bir çox kitab oxuyanların oxuduqları kitabların həcmindən dəfələrlə çoxdur. Bu kitabı oxuyacam, ona görə ki, bu kitab deyil, Fikir Sexidir, Anbarıdır, Təkrar Emala dəstəkdir 🙂

Bu da kitabın Promosu

Fikir Sexi Promo from Ferdy Era on Vimeo.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.