Yuxudan qeyri-adi əhvalda oyandım. Oynamaq istəmirdim. Sonra isə günün ən maraqlı hissəsi. Fransız rəngkarlığında simvolizm.. məntiqimə əsaslanıb söhbətin təxmini nədən gedəcəyini bilirdim. Rənglərin dünyası çox gözəl bir aləmdir. Amma yenə də musiqiyə çata bilən bir incəsənət tanımıram. Rənglər gözlə təsəvvürü məhdudlaşdırır, notlar isə sonsuz rəng çalarları yaradıb onlarla öz rəsmini çəkməyə və sona ondan zövq almağa imkan verir, şüurda. Notlar düşündürür. Bəzi əsərlərdəki simvolikalardan söhbət gedə-gedə arxa tərəfdə oturan bəstəkar Firudin Allahverdi məni vadar etdi ki, özümü bəstəkar edim və bir bəstəkar gözü ilə bu rəsmləri analiz edim. Hava “şarı kimi təsvir olunan GÖZ” mənə avanqard musiqini xatırlatdı.
[slideshow]
Gəldim evə, köhnə türk mahnılarından söhbət düşdü və “yıldızların altında” mahnısını Kargonun ifasında dinlədim. O rənglər və bu klipsiz musiqi. rejissor özüməm.
Sonra Sezen Aksunun “sen ağlama”sını Kargonun ifasında həm izlədim, həm də dinlədim. Musiqiçilər də fərqli rəssamlardır. Onlar boğazlarındakı rəng çalarlarında istifadə edib yaradırlar. Tam çalarları verə bilməsə belə, olan rənglərdən çəkilmiş “baptist”in başını fərqli notlarla kəsirlər, ama hər biri özünəməxsus müqəddəslik bildirir. Biri hönkürür, digəri susaraq parlayır. Bu parıltı axmayan göz yaşlarının təcəssümüdür. Ya da “sfinksin” sualı vermə tərzi. Əslində isə simvolların gizlətdikləri notların aşkar göstərdiklərindən daha aydındır.
Kofee, yenə də mənim sevgilim yanımda idi. Bir böyük fincan dolusu öpdüm onu. Düşündüm. Simvolist rəssamların çəkdikləri əsərlərdəki subyektivliyi mən hər dinlədiyim musiqidə çəkirəm. Mən bugün bir sənətkaram..kofeni isə yata bilmək üçün içirəm.