İnsan qorxur, fobiyaları nəzərdə tutmuram.
Qorxunu deyirəm. İnsan həqiqətən qorxur.İnsan həqiqətdən qorxur, yalanlarının üstü açılacaq deyə.
İnsan yalanlardan qorxur, həqiqətin var olduğunu bildiyinə görə.
İnsan sevməyi bacarmayanda itirməkdən qorxur. Bu sevgi hər şeyə qarşı ola bilər.
İnsan məsuliyyət hiss edir, məsuliyyət yükə çevriləndə düşünməkdən qorxur.
Nəticəyə vara bilməməyindən qorxur.
İnsan öz fikrini deməkdən qorxur, tənqid olunacağından və qınanacağından qorxduğu üçün.
İnsan gəncliyini yaşaya bilməyəndə qocalmaqdan qorxur.
İnsan yaddaşlardan silinəcəyindən qorxur, dünyaya heçnə vermədiyinə görə.
İnsan azadlıqdan qorxur, özünə sahib çıxa bilməyəcəyinə görə.
İnsan eqoist olduğunu boynuna almaqdan qorxur, eqoizmin pis bir şey olduğunu düşündüyünə görə..
İnsan ölümdən qorxur, yaşamağı bacara bilmədiyinə görə.