Sevgi – təsəvvürün intellekt üzərindəki qələbəsidir.
Motiv – bütün əməllərin açarıdır.
Nə vaxtsa bir şey sizin canınızı sıxır. Bu sadəcə göstərməyə çalışır ki, o, sizin üstünlüyünüz ola bilərdi.
Özünün uğur qazanmağın mütləq deyil, başqasının uğursuzluğundan da zövq almağı bacarmaq lazımdır.
Əsl dahi dünyaya gələndə, onu tanımaq üçün axmaqların ona qarşı birləşdiyini görmək kifayət edir.
Qoyun insanlar azadlıq haqqında günlərlə danışsalar da, onu sevmirlər.
Məğlub olanların bəhanələri, qalib olanların vasitələri həmişə var.
Etiketlərə inanmaq olmaz. Sizdə demokratiya ola bilər, əgər prezidentin məqsədi şəxsi varlanmaqdırsa, siz gizli diktatura qazanırsız. Eynilə sizdə monarxiya ola bilər, amma kral tabeçiliyində olanların qayğısına qalırsa, siz ədalətli sosial sxem qazanırsız.
Mübarizədə iki nəfərdən biri qalib, digəri məğlub olmağı əvvəlcədən qərarlaşdırır.
Hər şeyi idarə etməyə cəhd etməkdənsə, öz gücünü möhkəmləndir.
İnsanın borcu – daxili sevincini təmin etməkdir.
Əsl xoşbəxtlik gözlədiklərinin gəzləntilərindən daha yüksək olmasıdır.
Paskal: kiçik stimul – ehtiraslandırır, böyük stimul – ekstaza salır, çox böyük stimul isə – öldürür.
Ruhun resepti: İnsan ruhu əvvəlcə 3 faktorla təyin olunur – vərəsə 25%, karma 25%, seçim azadlığı 50%.
50% azad seçimlə insan bu reseptə təsir edib onu dəyişə bilər. O, gəcnliyində valideynlərinin hakimiyyətindən uzaqlaşıb vərəsəlikdən canını qurtara bilər. Ya da şüuraltı pulsasiyalara fikir vermədən onlardan azad ola bilər. Əksinə, seçim azadlığından imtina edib karma və vərəsəliyin oyuncağına da çevrilə bilər.
İnsanların istəkləri alçaq və gülüşdoğurucudur. Mənə hərdən elə gəlir ki, onlar xoşbəxt olmaqdan qorxurlar. Onlar bütün problemlərini bir fraza ilə ifadə etmək olar: “Onlar öz xoşbəxtliklərini yaratmaq istəmirlər, onlar sadəcə bədbəxtlikləri azaltmaq istəyirlər.”