0

Ədalət, Sülh və Bərabərlik dini olan İslam budur?

4. Nisa surəsi. Ayə 34. Allah bəzilərini (kişiləri düşüncə, ruh və cismani qüvvə baxımından) digər bəzilərindən (qadınlardan) üstün etdiyi üçün kişilər qadınların ixtiyar sahibidir (və buna görə də cəmiyyətin işlərinin peyğəmbərlik və imamət məqamı ilə, eləcə də məsum tərəfindən təyinatla idarə olunmasını kişilərə məxsus etmişdir). Həmçinin kişilər mallarından (arvadlarına) xərclədikləri üçün öz arvadlarının ixtiyar sahibidirlər. Buna görə də ləyaqətli qadınlar itaətkardırlar və Allahın (onların hüquqlarını) qoruması müqabilində onlar da (ərləri yanlarında olmayanda onların hüquqlarını, sirlərini, mallarını) qoruyurlar. (Müştərək həyatla bağlı məsələlərdə) itaətsizliklərindən qorxduğunuz qadınlara (əvvəlcə) nəsihət edin və (sonra) yataqda onlardan uzaqlaşın və (əgər yenə xeyiri olmasa, şəriət qanunu çərçivəsində) onları vurun. Beləliklə əgər sizə itaət etsələr daha (bundan sonra) onlara (əziyyət etmək üçün) bir yol axtarmayın. Həqiqətən Allah məqamı uca və böyükdür.

Cinsi ayrıseçkiliyin bundan daha qabarıq ifadəsi ola bilməz. ‘Hakimlik’, ‘Üstünlük’, ‘İtaət’ ve ‘Vurmaq’… Açıqlamaya ehiyacı olmayacaq qədər aydın bir ayədir.

5. Maidə surəsi. Ayə 38. (Ey İslam hakimləri,) oğru kişi və oğru qadının əlini (baş barmaqlarını çıxmaqla sağ əllərinin dörd barmaqlarını) etdikləri işin müqabilində Allah tərəfindən müəyyənləşdirilmiş bir cəza olaraq kəsin. Allah yenilməz qüdrət və (yaradılış və şəriətdə) hikmət sahibidir.

Cəza sisteminin xarablığını anladan, şiddəti dəstəkləyən digər bir ayə. Oğrunun əlini kəsmək kimi geriyə qayıdışı olmayan bir cəza üsulu. İnsana verilən dəyəri göz önündə əzən, günah sahibini islah edib cəmiyyətə yenidən qaytarmaq əvəzinə, onu tamamilə işə yaramaz hala gətirməyi mütləq bilən bir cəza.

65 Təlaq surəsi. Ayə 4. Heyzdən kəsilən qadınlarınızın (heyzdən kəsilmələrinin səbəbi heyzdən kəsilmə yaşına çatdıqları üçün, yaxud başqa bir səbəbdən olması barədə şəkk etsəniz, onların iddələri üç aydır və həmçinin (yaşlarının tələbinə baxmayaraq) heyz görməyən qadınların (da iddə müddətləri üç aydır), hamilə qadınların iddə müddətləri bari-həmlini yerə qoyana kimidir. Kim Allahdan qorxsa, Allah onun işlərini asan edər.

Boşanmanın əsaslarının izah olunduğu bu ayə özündə çox maraqlı detalı əks etdirir. “Heyz görməyən” qadınlardan “necə boşanmaq lazımdır” izah edilir. Təbii olaraq burdan belə bir nəticə ortaya çıxır. Hələ yetkinliyinə çatmayan qızlarla evlənmək və boşanmaq olar. Əsasən bu hal pedafiliya adını alır. Bu da Quranda öz əksini tapır.

33 Əzhab surəsi. Ayə 50. Ey Peyğəmbər, (hələlik qadınlardan yeddi dəstəni) sənə halal etdik: mehriyyələrini verdiyin qadınlar, (döyüşdə əsir düşmələri ilə) Allahın sənə qənimət olaraq verdiklərindən malik olduğun kənizlər, səninlə (Məkkədən Mədinəyə) hicrət etmiş əmin qızları və bibilərinin qızları və dayın qızları və xalalarının qızları və Peyğəmbərin onunla evlənmək istədiyi təqdirdə özünü Peyğəmbərə bağışlamış olan (mehriyyəsiz özünü Peyğəmbərin ixtiyarında qoyan) hər hansı möminə qadın (Bu hökm «bağışlamaq» əqdi və onun qəbulu ilə nigahın bağlanması) yalnız sənə məxsusdur, digər möminlərə yox. Biz zövcələri və kənizləri barədə camaata vacib etdiyimizi (qadınların sayı, mehriyyə, onların dolanışıq xərci və kənizlərin hökmləri) bilirik sənə çətinlik və məşəqqət olmasın (və müxtəlif evliliklər vasitəsilə ərəb tayfalarını özünlə və İslamla bağlayasan) deyə (Sənin üçün qadınlar barəsində bu imkanı yaratdıq) və Allah həmişə bağışlayan və rəhm edəndir.

Məhəmmədin intim həyatı haqqında olan bu xüsusi ayənin Azərbaycancaya tərcüməsində məna təhrifi baş verir. “Allahın sənə qənimət olaraq verdikləri” ifadəsində döyüş əsirlərindən bəhs edilir. Ailələrini döyüşdə itirən, müsəlmanların əlinə düşən, heç müsəlman olmayan qadınlar “halal” kimi buyrulur. Buradakı “halal” sözünün “zorlanma” hərəkətinin üstünün örtməsini görmək üçün hafiz olmaq lazım deyil. Xalaqızı, dayıqızı, bibiqızı kimi inçest mövzularına isə girməsək yaxşıdır.

2 əl-Bəqərə surəsi. Ayə 65. Həqiqətdə siz bilirsiniz ki, içərinizdən bə’zi kəslər şənbə günü (Davud zamanında şənbə günü balıq ovunun qadağan edilməsi) haqqında olan əmrdən kənara çıxdılar. Biz də onlara: “(Zəlil və) həqir meymunlar olun!” – dedik.

Açığı, bilmirik, görmədik və eşitmədik… Şənbə günü qadağasını pozduqlarına görə meymuna dönmüş qövmləri olan dünya yəqin ki, çox eksentrik olmalıdır…Təbii ki, burda iki ehtimal var. Birincisi, Tanrının başının 1500 il əvvəl həqiqətən də belə işlərə qarışması, qöövmləri meymuna döndərməsi, amma indiki dövrdə bu vərdişindən əl çəkib. İkincisi və daha ağlasığanı bunun da digər miflər kimi insanları qorxutmaq üçün uydurulması.

9 Tövbə surəsi. Ayə 28-29.
Ey iman gətirənlər, doğrudan da müşriklər murdardırlar. Odur ki, bu ildən (Hicrətin doqquzuncu ili, Tövbə surəsinin nazil olduğu ildən) sonra Məscidül-Hərama yaxınlaşmamalıdırlar. Əgər (onlarla əlaqənin kəsildiyinə görə düçar olacağınız) yoxsulluq və kasıblıqdan qorxsanız, əgər Allah istəsə, tezliklə sizi Öz lütf və mərhəməti ilə ehtiyacsız edər. Həqiqətən Allah bilən və hikmətlidir.
(Yəhudilər və xristianlar kimi səmavi) kitab verilmiş kəslərin Allaha və axirət gününə iman gətirməyən (çünki, onların etiqad bəslədikləri Allah və məad, həqiqi Allah və məad deyildir), Allahın və Onun Peyğəmbərinin (Muhəmmədin – səllallahu əleyhi və alihi və sələm – Quranda, Musa və İsanın da «Əhdi-ətiq» və «Əhdi-cədid»də şərab, donuz əti, rüşvət və sələm kimi) haram buyurduğunu haram hesab etməyən və haqq dinə (İslama) tabe olmayanları ilə onlar tam təslim və zillətlə öz əlləri ilə (İslam hökumətinin hakimiyyəti altında) cizyə ödəyincəyə qədər vuruşun.

İndi bu ardıcıl iki ayə önəmli bir məqama çox gözəl işarə edir. Birincisi, digər dinlərə hörmət mövzusu. Düşünürəm ki, ilk cümlə kifayət qədər aydındır. Eyni cümləni tərsinə desək, müsəlmanların xoşuna gələr, görəsən? “Allah”a inananlar ancaq bir zibildirlər, deyilsə, məsələn.

İkinci mövzu isə “İslam”ı din etməyənlərlə cizyə (vergi) verənə qədər döyüşün əmri. Açıq şəkildə şiddət tətbiqinə çağırışdı, özünü müdafiə məqsədli deyil, sadəcə pul üçündür..

P.S. hə, xanımlar və cənablar. qarşınızda Barış dini olan İslam. budurmu tərifli dininiz?

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.