insanların məni duya bilməməsi normaldır, ya da əksər insanların qarşı tərəflərin 83-87 % ni duya bilməmələri normaldır. Duymalar qismən, tam olur. Dünən axşam bir araşdırma aparmağa çalışdım. Əvvəl statuslar yazdım. Sonra ora gələn komentlərə cavablar. Cavablar vecsiz xarakter daşıyırdı. Qarşı tərəflərin reaksiyanı maraqlı idi. Kiçik mübahisə və mübarizə gedirdi. Psixoloji idi. Mənə özümü başa düşmədiyim deyildi, günahkar çıxarıldım. Arqumentə qarşı başqa arqument qoya bilməm söz oyunu kimi anlaşıldı, halbuki bunun bir mübarizə olduğu görülmədi. Nəysə.. burdan şəxsi qənaətlərim var. Hərənin öz həqiqəti var. Amma bəziləri özlərinin həqiqətlərini qorumaq üçün digərlərinkini anlamaq istəmirlər. Çünki “anladım”ı “qəbul etdim” kimi dərk edirlər.
bir mahnı var. youtube-də qabağıma çıxmışdı. məndə lap kiçik vaxtlarımda musiqiyə qarşı qeyri-adi həssaslığım var. ona görə də yaş keçdikcə, təcrübə artdıqca insanları tanımağa başlamaq üsulu seçməliydim. Seçimim musiqi oldu. Onsuz da öz təhlilimi tam izah etmək üçün bu postun kifayət etmədiyini bilirəm. İnsanları dinlədikləri musiqi ilə tanımağa başladım. Hər musiqini dinlədim, keçirdiyimi hissləri təhlil etdim, digər janrdan oxşar hissləri ala bilərəmmi sualına cavab tapdım. Cavablarımı müqayisə etdim, bir daha təhlil etdim. Sonda qərara gəldim ki, musiqi ilə insanları tanımaq olar. Dərinliklərini tanımaq olar. O nə qədər də “sən başa düşməzsən” desə də, mən onun 87% ni başa düşürəm. Dayazlıq baryerinin harda olduğunu və dərinliklərə nə qədər dala biləcəyini bilirəm. Bunu əcrübi olaraq edirdim. Hətta insanları əvvəl sadəcə tanışlıq üçün öz əhaəmə buraxırdım, onu tanıyandan sonra dinlədiyi musiqini öyrənidir. Təhlilimin iki tərəfdən də doğru olduğunu isbat etdim. Bu dəfə isə aşağıdakı mahnının müxtəlif insanlarda oyatdığı duyğuları soruşdum. İzahlara daha çox təsir edən məqam: onun hazırkı əhvalı.
Azad Bir: ömrünü axtarmaqla keçirən və təmiz sevgini tapana qədər xoşbəxt olmayacağını düşünən adamam mən, əlçatmaz şey yoxdur və tanrı əlçatmazdır. mistik realizm damcıları var mahnıda, hamının sevəcəyi bir terzdedir, amma gizlənib hardasa.
Könül Həsənqulu: elə bil, ya harasa tələsir adam və ya həyəcanla harasa gedir
Fərid Eyyubov: Həyatı dərin bir quyu təsəvvür elə, dibini görmürsən – mahnı mənə dibini görməyə kömək elədi, qəribə hiss yaratdı məndə, “Fərid, həyat budur, bunu-bunu-bunu eləməlisən, tələs, vaxtın azdır.” – deyir mahnı mənə.
Tukəzban Cəfərova: ağırlıq çökdü içimə, yox.. hələ davam edir. təlaş, narahatlıq, Kafka, soyuq.
Günel Ayazqızı: mahnıda nəsə var, sakitləşdirir adamı, düzü mahnı insanda həm qəmgin, həm də şən əhval-ruhiyyə yaradır, bu hər mahnıda olmur, ən əsası, gözlərini yumanda istədiyin halını canlandıra bilirsən.
İlqar Manafsoy: bir musiqiçi bir dəfə musiqinin rənginin olması nəzəriyyəsindən danışırdı..boz.. bu boz.. bu boz sürrealizm..sepiyaya keçən boz sürrealizm..və birmənalı dalğınlıq… adam (kişi).. səliqəsiz təraş olunmuş.. stulda oturur..yanında stol.. ehtimal ki, o içir.. stəkan yarıya qədər doludur, şüşə isə dağılıb.. o (qadın) isə uzanıb..
Günel Nəcəfova: özümü balerina kimi hiss elədim, soyuq sulu qardan sonra olan qaranlıq, balerina rəqs edə-edə köhnə küçələri olan şəhərdən keçir, körpünün altından.. yavaş-yavaş hərəkətləri donur, üzündən kefsizlik yağır, hətta musiqinin bir hissəsində tanqoya dönüşür bu rəqs.. axırda da özümü suya atdım, rahatam.
Arzu Nəcəfova: sanki tangonun aşağı ritmli bir variantıdır,amma ordakı qədər ehtiras yoxdur, tam konsentrasiya ola bilmədim,amma ilk düşündüyüm odur ki,gizlə nəsə etmək və ya nəsə demək istəyi,qarışıq hisslər, amma mən adətən,bir musiqinin nə çatdırmaq istədiyini başa düşmək üçün ona 1 həftə filan qulaq asıram,ayrı-ayrı vaxtlarda,onda dəqiq bir nəticəyə gələ bilirəm.
Nigar Əsgərova: günəşli bir gün idi, biz səninlə əl-ələ gəzirdik, cooox xoşbəxt idik, çalışdım o duyğularla davam eləməyə, amma arada hisslərim dəyişdi. mahnının ortalarına doğru, biraz təəccübləndim, biraz təşvişə düşdüm, biraz da gülümsədim.
Elik Sadıqov: Yüngül boşluq yaradır, təkrarlanan rifflər hipnotik təsir eləyir…Ritm sakitlik yaradır, həzin musiqi küləyini hiss eləyirsən, amma gitara riffini eşidəndə adrenalin qalxdı..
Belə. insanın hissləri onu gözəl xarakterizə edə bilir, hissləri isə musiqi ilə duymaq olur. Fikir verin. Eyni musiqidə nə qədər fərqli hisslər duyulur. Musiqi sürreal bir mətndir. Ona mənanı və duyğunu insan özü verir. Rasional və ya İrrasional. İnsanın intellekti belə aydın olur, həyat problemlərinin səviyyəsi, arzuları. onun “hisslərini yaz” sözünü anlaması.. biri musiqidə günəş, digəri yağış, biri qar, soyuq biri qadın görür.