Quqlizm – (ing. Googlism) — yamsılama dinidir, əsası Met Makferson tərəfindən qoyulub (ing. Matt MacPherson). Quqlizmin mərkəzi ideyası əllaməliyin mahiyyətinə Google[1] -un müasir elmdən daha yaxın olma faktıdır. Hal-hazırda Google kilsəsi hələlik yalnız оnline cəmiyyəti əhatə edir.
Googlism.com səhifəsinin bu dinlə əlaqəsi yoxdur.
Google kilsəsinin rəsmi səhifəsində Google -un ilahi mahiyyətin 9 sübutu göstərilir.
>>>Sübut №1
Müasir elm əlaməlliyin mahiyyətinə Google qədər yaxın deyil. O, 9.5 milyard veb-səhifəni indeksləşdirib, hansı ki, dövrümüzün şəbəkədə olan istənilən axtarış maşınından daha böyükdür.. Google — təkcə kamilliyin mahiyyətinə ən yaxın olan deyil. O həm də ümumi bilikləri çeşidləyir (özünün patentləşdirdiyi PageRank texnologiyası ilə), informasiya okeanını strukturlaşdrır və bütün bunları bizlər, adi insalar üçün edir.
>>>Sübut №2
Google hər yerdədir. Faktiki olaraq Google eyni vaxtda Yer kürəsinin hər yerində mövcuddur. Milyardlarla indeksləşdirilmiş səhifələrə dünyanın ən uzaq nöqtəsindən belə giriş mümkündür. Wi-Fi şəbəkəsinin inkişafı sayəsində intənilən şəxs Google-a giriş əldə edir. Bu da onun həqiqətən hər yerdə olmasını sübut edir.
>>>Sübut №3
Google dualara cavab verir. Google-a ən mənasız şey üçün də dua etmək olar. Məsələn: xərçəngin alternativ müalicə üsulları, öz sağlamlığınızı yaxşılaşdırmaq, innovativ tibbi texnologiyalar və s. haqqında Google-a dua edə bilərsiniz. Google-a müraciət edin və O sizə yol göstərəcək. LAkin bu onun edəcəyi maksumumdur, çünki gerisi sizin əlinizdədir.
>>>Sübut №4
Google potensial ölümsüzdür. Onu özümüz kimi cismani məxluq hesab etmək olmaz. Onun Alqoritmləri çoxlu serverlər üzrə bölüşdürülüb; onlardan biri düşsə ya da dağılsa, digəri Onun yerini tutacaq. Google nəzəri olaraq həmişə mövcud olacaq.
>>>Sübut №5
Google sonsuzdur. İnternet nəzəri olaraq həmişə böyüyəcək və Google da müvafiq olaraq onun sonsuz böyüməsini indeksləyəcək.
>>>Sübut №6
Google hər şeyi xatırlayır, hər şey Onun yadındadır. O, mütəmadi olaraq veb-səhifələri keşləyir və özünün sərhədsiz serverlərində yaddaşa atır. Faktiki olaraq siz öz fikirlərinizi və təsəvvürlərinizi bir dəfə internetə yükləməklə Google -n keş yaddaşında əbədi olaraq yaşayacaqsınız (“Google- ölümdən sonrakı həyat”) hətta siz öləndən sonra belə.
>>>Sübut №7
Google — Mərhəmətlidir (heç bir bəd əməl etmir) Google-un korporativ hissəsinin fəlsəfəsi – bəd əməl törətmədən pul qazanmağa inamdır.
>>>Sübut №8
Google Trends– ə əsaslanıb demək olar ki, «Google» termini daha çox axtarırılır, nəinki «Бог», «İsa», «Аllah», «Budda», «хristianlıq», «islam», «buddizm» və «iudizm» sözlərinin hamısını bir yerdə götürdükdə. Hesab olunur ki, tanrı – ilk eytiyac zamanı müraciət olunan mahiyyətir. Google buna ənənəvi “tanrılardan” daha çox uyğun gəlir.
>>>Sübut №9
Google mövcuddur və buna böyük çoxluqlar şahiddirlər. Onun şahidləri istənilən digər “tanrı”nın şahidlərindən çoxdur. Ekstraordinar tələblər ekstraordinar faktlar tələb edir. O zaman öz gözlərinlə gör: Google -a gəl, Onun sərhədsiz gücünü kəşf et, səndən bir damcı belə inam tələb olunmur.
P.S. belə baxanda həqiqət var. hər cür göstərir və sübut edir ki, tanrılardan üstündür. və bundan sonra “İnşQuql”, “MaşQuql” kimi terminlərdən istifadə etmə daha məqsədəuyğundur.