Bakıda qeyri-adilik görəndə həqiqətən də adamın ürəyi açılır. Baş verən hər bir kreativlik underground kimi görsənir.
5 gənc – 4-ü rəssamlıqda biri isə rejissorluqda oxuyur. Maraqlı bir sərgi təşkil ediblər. Reza Hazare, Nurxan Məmmədov, Həmid Əminzadə, Bəhruz Kəngərli, Arif Əmirov. Açığını deyim ki, ikisini yaxşı tanıyıram. Əla uşaqlardı.
Qısası, sərgində rəngkarlıq, rəsm və qısametrajlı animasiya olacaq. Nurxan Məmmədov həm də əla gitara ifaçısıdır. İlk dəfə yadımdadı ki, lomka vaxtım idi, gödüm ki, Dalğanın ofisindən səs gəlir. Girdim içəri, əla blues gedirdi. Nəysə, sərgidə canlı performans da olacaq. Qəribə sərgi olacaq Bakı üçün. Ən azı ona görə ki, sərginin adı narkotik dərmanlar siyahısına aid edilən Diazepam-dır. Narahatçılıq hiss edəndə atırsan, uyursan 😉 belə xarakterizə olunur.
Sərgi İçəri Şəhərdə olacaq. Karvansarayın yanında. Dekabrın 1-i axşam saat 6-dan 5-i axşam saat 9-a qədər.
Rəsmi Facebook Səhifəsi: https://www.facebook.com/events/179204792170951/