bizi gələcəyə necə hazırlayırlar?!
bir çox videolar, filmlər, xəbərlər və s. artıq neçə ildir ki, özüm üçün təhlil edirəm. çox qəribə nəticələrə gəlib çıxıram. insan maraqlı varlıqdır. o dəyişməkdən qorxandır. indiki stabilliyini qorumaq üçünsə çox şeyi edir. dəyişməkdən ona görə qorxur ki, nəticəsinin yaxşı yox, pis olmasını düşünür. təkliflər nə qədər gözəl olsa da, həmişə şübhəsi olur. insanın qorxmaması üçünsə onu tədricən uyğunlaşdırmaq lazımdır. şüuraltı təsir göstərmək lazımdır. açıq-aşkar bildirişlər mənfi reaksiyaya səbəb olur. insan dəyişməkdən çox qorxur.
ABŞ-da heç vaxt tarix boyu qara dərili prezident olmamışdı. insanların qara dərililərə münasibətini isə əksəriyyətimiz əla bilirik. baxmayaraq ki, Linkoln bununla bağlı sərəncamlar vermişdi, günün dünəninə qədər qara dərililərə münasibət fərqli idi. bəs necə etdilər ki, qara dərili prezident oldu?!
prezident olmaq üçün birinci qara dərilinin yaxşı biri olmağını “ağ”lara “yedizdirilməli” idi. onu da sağolsun Hollywood. etdi. Filmlər, cizgilər, komikslər. Ən çox da filmlər. Qara dərili qəhrəmanlar dünyanı xilas edirlər. Qara dərili ağıllılar dünyaya yenilik gətirirlər. Məs: “5-ci element” filmində prezident qara dərili idi, hamının sevimlisi olan giv jurnalist də qara dərili idi. Onlar dünyanı yad planetlilərdən xilas etdilər. Ya da “4 iyul – mütəqillik günü” filmindəki pilotlar. biri ağ digəri qara. hər ikisi eyni şeyi etdi, üstünlük biraz qaraya verildi ki, insanlar bunu həzm etsinlər. belə filmlər çoxdu. hətta bəzilərində “ağ” lar pis olurlar, qaralar isə yaxşı. İnsanlara şüuraltı təsir belə olur.
Əslində yazdıqlarım olub keçmiş zadlardı. Məsələni hara gətirirəm. İndi görəcəksiz.
Eyni şey davam edir. Dünyanı idarə edəcək korporasiyalar, nəhənglər mövzusu gedir hazırda. Eyni üsulla yenə də təsirlər davam edir. Çəkilən filmlərə fikir verin: “Gamer”, “Tekken”, “Repoman” və s. tam fərqli mövzular demək olar. süjetləri, mövzuları.. ama hər üçündə nəhəng texnoloji korporasiya, hər üçündə gələcək indi kimi göstərilir, hər üçündə mübarizə aparanlar var o yeniliklə və hər üçündə sonda seçim insana buraxılır. niyə? bu bir siyasətdir. filmlərə olan şərhlərdən fokus hazırlanır və yeni üsula ehtiyacın olub-olmadığı müəyyənləşdirilir. tələbata baxırlar təklif hazırlayırlar. ama əsas olan odur ki, yeni məhsula tələbat yaratsınlar. elə də olacaq. çünki bu artıq başlayıb.
Bir video tapdım bugün. Onu paylaşmaq istəyirəm. Ruscadır, amma həqiqətə çox yaxındır. Yeri gəlmişkən.. əsası “Matrix” lə qoyulmuşdu.