0

Salvador Dali| Avtobioqrafiya və Əsərləri

Art

Postu sürrealist rəssam, dahi Salvador Daliyə həsr etdim. Bizim dildə bu tip online məlumatlar azdır. Həm də Daliyə böyük simpatiyam var. Əsərlərə baxarkən onların adlarına və mövzuya diqqətlə fikir verin (mausu şəklin üzərinə gətirin). Beləliklə…

Dahi ispan rəssamı Salvador Filipe Xasinto Dali Domeneç 1904-cü ilin may ayının 11-də dünyaya gəlib, saat 08:45-də avtobioqrafik romanı: “Тайная жизнь Сальвадора Дали, рассказанная им самим”)

Qısa bioqrafik arayış:

 

1904 11- mayda Fiquerese, Kataloniya, İspaniya – Salvador Dali Domeneç dünyaya gəlir. (Salvador Dali Domanech).
1910 Dali Xristian Qardaşların “Bakirə Hamiləlik” orta məktəbinə getməyə başlayır.
1916 Piçot ailəsi ilə yay tətili. Dali ilk dəfə müasir rəngkarlıqla qarşılaşır.
1917 İspan rəssamı Nunyes Daliyə orijinal xəttatlıq (həkk etmə) dərslərini keçir.
1919 Qrup tərkibində Fiqueresedə bələdiyyə teatrında ilk dəfə sərgisi baş tutur- 15 yaş.
1921 Anasının ölümü.
1922 Dali Madriddəki de San Fernando Akademiyasına qəbul imtahanını verir
1923 Akademiyadan müvəqqəti xaric olunur.
1925 Barselonanın Dalmau qalereyasında ilk peşəkar solo sərgisi.
1926 Paris və Brüsselə ilk səfəri. Pikasso ilə görüşü. Akademiyadan tam xaric olunma.

 

1929 “Andaluz iti” filminin quruluşunda Lui Bunyuellə əməkdaşlıq. Qala Elyuarla görüş. Parisdə ilk sərgisi.
1930 Dali Qala ilə İspaniyada Port-Liqatda məskunlaşır.
1931 “Yaddaşın Daimiliyi” şəkli.
1934 “Vilhem Tellin Bilməcəsi” rəsmi uvbatından Dali sürrealistlər qrupu ilə mübahisə edir. Qala ilə vətəndaş nigahına girir. Nyu-York səfəri. Albert Skira Dalinin 42 orijinal qravürünü nəşr edir.
1936 Nyu-Yorkun müasir incəsənət muzeyində sərgisi. “Hanniballıq Payızı”, “Yumşaq Saatlar”, “Vətəndaş Müharibəsində Ehtiyat” rəsimləri.
1938 Xəstə Ziqmund Freydlə Londonda söhbət. Dali sürrealistlərin Parisdəki beynəlxalq sərgisində iştirak edir.
1939 Dali sürrealistlərin siyasi motivlərini dəstəkləmək istəmədiyi üçün onların qrupundan tam xaric edilir.
1940 Dali və Qala Amerikaya mühacirət edirlər və 8 il orda yaşayırlar, əvvə Virciniyada, sonra isə Kaliforniya və Nyu-Yorkda.
1941 Nyu-Yorkda müasir incəsənət muzeyində Miro ilə retrospektiv sərgisi baş tutur.
1942 “Salvador Dalinin Gizli Həyatı, öz nəqli ilə” avtobioqrafiyasının nəşri.
1946 Uolt Disneyin “Destino” filminin layihəsində iştirak. Alfred Hiçkokun filmlərinin layihələrində iştirak. “Müqəddəs Antoniyanın təngə gəlməsi” rəsmi.
1949 “Leda Atomica” və Madonna Port-Liqat (versiya 1) rəsmləri. Avropaya qayıdış.
1957 Публикация двенадцати оригинальных литографий Дали, названных, “Lamançidən olan Don-Kixotun axtarış Səhifələri” adı altında Dalinin 12 orijinal litoqrafiyası nəşr olunur.
1958 Qala və Dalinin Jironedə nigahı, İspaniya.
1959 “Amerikanın kolub tərəfindən kəşfi” rəsmi.
1962 Dali Pyer Arqillenin nəşriyyatı ilə illüstrasiyaların nəşri haqqında 10 illik müqavilə bağlayır.
1965 Dali Sidney Lukasın nəşriyyatı ilə müqavilə bağlayır. Nyu-York.
1967 Jironedəki Pubol qəsrini alınması və yenidənqurması.
1969 Pubol qəsrində təntənəli məskunlaşma.
1971 Klivlenddə (Ohayo) Salvador Dali muzeyinin açılışı.
1974 Dalini sağlamlıqla bağlı problemlər narahat etməyə başlayır.
1982 Sankt-Peterburqda (Florida) Dali muzeyinin açılışı. Qalanın Pubol qəsrində vəfatı.
1983 Madrid və Barselonada Dalinin əsərlərindən əsrarəngiz sərgi. Rəngkarlıq məşğələlərinin bitirilməsi. “Qaranquşun quyruğu” son rəsmi.
1989 Yanvarın 23-də Dali ürək iflicindən vəfat edir. O İspaniyada, Fiqueredəki Tatro Muzeyinin kriptində dəfn olunub


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.