0

Ən maraqlı Avtomobil reklamları

bir saytda da gördüm bu postu, dəyişikliklər etdim və qərara gəldim ki, mən də yerləşdirim. avtomobil sevərlər üçün, eyni zamanda da kreativşiklər və reklam həvəskarları üçün məncə maraqlı olacaq. Söhbət ən yaxşı avtomobil reklamlarından gedir.

 

KİO RİO. Bu Soyğundur.

Kia Rio – bank oğruları üçün elə də uğurlu maşın deyil. Parlaq qırmızı rəng isə heç.. Britaniyalıların bu roliki bank soyarkən düzgün maşının seçilməsinin vacibliyi barədədir.

 

Mercedes-Benz B-Class. Kambek

Bu ispandilli rolikdə Mercedes-Benz B-Class avtomobilinin fonunda həyatın siklliliyi əks olunur: cavan oğlan vatıykən valideynlərinin macağlaşdığı yerdə qızla görüş təyin edir. Həmin “Mercedes”də.

 

Mercedes-Benz C-Class. Drift thru!

Düşünürəm ki, C-class ın restaylinqdən sonra interyerinin dəyişməsini nümayiş etdirməyin ən yaxşı üsuludur. Hollivud blokbasterlərindəki kimi  –  Salonun içindən keçən kamera ilə drift – birmənalı must see!

 

Volkswagen Tiguan. Yaxşı şeyə öyrəşirsən.

Təbiətin qoynunda dostları ilə  cadırlarda tətil keçirən cütlük, əslində yataq kisələri əvəzinə otelin yumşaq çarpayısında gecələyirlər. Hər gün səhər isə VW Tiguan lagerinə gəlirlər. Sloqan: “Vərdiş etdiyin keyfiyyət”

 

Bel Air. İçəridən daha yaxşıdır, nəinki bayırdan.

Bel Air təravətləndiricisinin reklamında Fiat 500-ün içinin birdən-birə 7 nəfərlik Chrysler Voyager miniveni kimi göstərilir. Sloqan: “Maşının içini çölündən daha yaxşı et”

 

Mercedes-Benz SLK. Maska, mən səni tanıyıram!

Mercedes-Benz SLK -in yeni reklamında Şumaxer olmasa da, əvəzində onun Formula-1dəki həmkarı Niko Rosberq, qəşəng xanımlar və “Fermon” oteli ilə Monte-Karlo var.

 

Renault Koleos. Dres-kod.

Bu gülməli afrikalı gəmiricilər arxa ayaqları üstə qalxaraq ətrafa nəzər salırlar. Yaxınlaşan Renault Koleos-u görəndə nədənsə frakları geyinirlər və sıraya düzülürlər. Sloqan: “vəhşicəsinə mədəni”

 

VW Jetta. Falling Angel.

Volkswagenin Hindistan ofisindən qeyri-adi qısametrajlı: doğuşdan mələklərdəki kimi qanadlara shib olan, insanları xilas edən və uşaqların kumirinə çevrilən bu cavan oğlan salondakı Jetta sedanı görəndən sonra qanadlarından imtina edir. Sloqan: “Bu cür Jetta sürmək üçün sən hər şeyi edərsən”

 

Citroen C4. Yenilənmək vaxtıdır.

İrlandiyadakı Citroen şirkəti bu reklamda dövlət proqramı çərçivəsində köhnə maşınların utilizasiyası nümayiş olunur. Həm də köhnə “Lada” sahibinin özünü necə əyləndirməsi göstərilir.

Fiat 500 Abarth. 16 yaşına qədər uşaqlar üçün.

Bu rolikdə hər şey əladır. Rumın model Katrinel Mengia, avtomobil və arxa fonda səslənən ləhcəli qadın səsi.  Sloqan: “Sən onunla ilk görüşü heç vaxt unutmayacaqsan”.

 

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.