70 il Sovet təsirində qalmağımızın üstün cəhətlərindən biri də dünyanın ən çətin dillərindən olan rus dilinə çoxlarımızın az-çox bələd olmasıdır. Rus dilinin söyüşlərinə isə demək olar ki, hamımız bələdik. Çətin ki, hər hansı başqa dildə dilin yazılı forması ilə danışıq forması arasında rus dilindəki qədər fərq var. Xaricilər Tolstoy və Puşkin rus dilisini qərbin reytinqli universitetlərində “mükəmməl” oxuyub öyrəndikdən sonra Rusiyaya gedəndə onlar çıxılmaz vəziyyətə düşürlər: gündəlik nitqin ayrılmaz hissəsi olan söyüş və slenqləri qətiyyən anlamırlar.
İkinici Dünya Müharibəsini təhlil edərkən amerikalılar maraqlı bir faktı üzə çıxarıblar: almanlarla qəfil üzləşmə zamanı ABŞ hərbiçiləri daha tez qərar qəbul edirdilər, nəinki almanlar. Səbəb ondadır ki, ingilis dilinin sözünün orta uzunluğu 5,2 hərfdir, alman dilininki isə 10,8. Müvafiq olaraq ingilislərin əmrlərə sərf etdikləri vaxt almanlara nisbətdə 52% az idi.
Həmin alimlər maraq üçün rus nitqini də təhlil etdilər və rus dilindəki simvolların orta uzunluğunun7,2 olduğu məlum oldu. Lakin, kritik anlarda rusdilli idarə heyəti qeyri-normativ leksikaya müraciət edir. Bunun da sayəsində orta uzunluq 3,2 hərfə qədər azaldı. Bəzi söz birləşmələri və hətta ifadələr BİR sözlə əvəz olunur. Misal üçün ifadə: “32-й! Ёбни по этому хую” (“32-й, приказываю немедленно уничтожить вражеский танк, ведущий огонь по нашим позициям”).
İngilis və Alman dilində vulqar sözlər və slenqlər tez bir zamanda özünün vulqar mənasını itirirlər və adi sözə çevrilərək hətta yazı dilində normal söz kimi işlənirlər. Bu proses Rus dilində demək olar ki, getmir ya da çox zəif gedir. Hətta İsraildə belə ivrit dilində slenqlərin tətbiqi normal sürətlə gedir.
Rus dilindəki ХУЙ, ПИЗДА, ЖОПА, ЕБАТЬСЯ, МУДИ və onların törəmələri monqol – tatar əsarəti dövründən bəri hələ də “vətəndaşlıq” ala bilməyiblər, baxmayaraq ki, onlardan həmişə təhqiramiz məqsədlə istifadə olunmur.