2

İlk hakerin dünyaya gəlməsi barədə nəql

1903-cü ilin iyun ayında London Kral İnstitunun məhşur mühazirə teatrında sükut hakim oldu. Fizik Con Ambroz Fleminq sirli apparatın, texnikanın yeni möcüzəsi – onun şefi italyan Qulyelmo Morkininin icadı olan məsafədən naqilsiz əlaqə sisteminin quraşdırılması ilə məşğul idi. Morkini isə həmin vaxt Londona 300 km aralı yerləşən Kornuolledən Morze əlifbası ilə ismaric göndərməyə hazırlaşırdı.
Amma burda apparat birdən – nümayiş hələ başlamamışdan – işləməyə başladı. Əvvəlcə o bir neçə dəfə eyni sözü təkrarladı, sonra isə Markonini hamını “barmağına dolamaqda” günahlandıran zarafatcıl şeyir göstərdi. Sistemi necə sındırmaq müyəssər oldu? Kim tarixə ilk haker kimi düşdü? Və niyə?

Hər şey Ceyms Maksvellin 1865-ci ildə iddia etdiyi elektromaqnit dalğalarının 1887-ci ildə Henrix Hers tərəfindən sübut olunması ilə başladı. Hers kondensatoru iki elektroda bölməklə onlar arasındakı boşluqda ionlaşmış hava aldı. Qığılcım əmələ gəldi. Necəsə, digər qığılcım ani olaraq bir neçə metr aralıda olan o biri elektrodların arasında peyda oldu:

Qulyelmo Markoni (1874-1937)

birinci qığılcımdan olan elektromaqnit dalğa ikinci elektrod cütlüyü arasındakı cərəyanı induksiyalaşdırırdı. Bu o demək idi ki, qısa və uzun elektrik sıçrayışları ilə (“Hers dalğaları”) Morze əlifbasındakı nöqtə və tireni göstərmək olar. Beləliklə naqilsiz teleqraf dünyaya gəldi və Markoni öz ətrafı ilə yeni sənayenin avanqardında yer aldı. O qürur duyurdu ki, onun icadı çapdan fərqli olaraq imkan vermir ki, ismarici uzaq məsafəyə göndərəndə ünvanlanan şəxsdən başqa kimsə onu qəbul edə bilsin.

Lakin Fleminqin Kornuolladan ismarıc almağına bir neçə dəqiqə qalmış, zaldakı sakitliyi lektorun slaydları göstərmək üçün istifadə etdiyi teatrın proyeksiyalı fanarının tıqqıltısı pozdu. Nümayişçinin köməkçisi Artur Blok dərhal anladı ki, proyektor sadəcə tıqqıllamır, o Morzeəlifbası ilə ismarıc verir. Şübhə yox idi: kimsə teatra daha güclü impulslar göndrirdi ki, bunu da proyektorun lampası qəbul edirdi.

“Sarsaqlıq” sözü təkrarlanırdı. Ardınca isə təxmini belə bir şeyir gəldi: “Bir nəfər, italyan, hamını aldatdı, əclaf adam”.
Bu “sui-istifadə” axını Kornuolladan siqnalın qəbulundan bir neçə an öncə kəsildi. Nümayiş normal keçdi, amma tör-töküntüsü qaldı. Hamı anladı ki, naqilsiz ötürmə Markoninin dediyi kimi heç də təhlükəsiz deyil. Sən demə, ismarıcı dinləmək olar!

Markoni, belə demək olarsa, incidildi, amma ictimai alçaldılmağa heç bir qarşılıq göstərmədi. Alim skeptiklərdən qaçırdı: “Mən sistemi şübhə altına salanlar üçün nümayiş təşkil etməyəcəm”. Fleminq “Tayms”ın ünvanına göndərilmiş qəzəb dolu məktublara etiraz edirdi. O bunu “elmi xuliqanlıq” və “Kral institunun adətlərini təhqir” adlandırdı və oxucuları bunu edəni axtarmağa çağırdı.

O çox gözləmədi. Dörd gündən sonra “Tayms”da “hakerin” cavabı çap edildi. O öz fərəh hissini gizlətmirdi və bunu sistemdəki boşluğun olmasını ictimaiyyətə nümayiş etdirmə məcburiyyəti kimi izah edirdi. Göndərişin müəllifi 39 yaşlı peşəkar sehrbaz Nevil Maskelin idi.

O, ixtiraçılar ailəsində dünyaya gəlmişdi. Onun atası ödənişli tualetlər üçün qıfıl icad etmişdi, hansılar ki, penni atıldığı halda açılırdı. Oğlan isə naqilsiz texnologiyalar ilə maraqlanırdı. O, Morze əlifabsını mükəmməl bilirdi və onu fikirlərin oxunması fəndinə tətbiq etmişdi: köməkçi ona publikadan gizli ismarıclar göndərirdi. Bunda başqa o, qığılcım ötürücüsü vasitəsilə barıta toxunmadan onu alışdırmağı fikişləşmişdi. 1900-cü ildə Maskelin yerüstü stansiyadan 16 km yüksəklikdə uçan hava şarına bir neçə dəfə naqilsiz ismarıclar göndərib. Lakin onun ambisiyaları dəlisov italiyalının patent qalağı ilə barışmaq məcburiyyətində idi. Bu dəfə isə qisas almaq üçün imkan yaranmışdı.

Yeni texnologiyadan ən çox naqilli teleqraf zərər çəkməli idi. Teleqraf şirkətləri böyük yerüstü və dəniz kabel şəbəkələrinə, eyni zamanda flot göyərtələrində çalışan yüzlərlə mütəxəssislərə sahib idilər, hansılar ki, sualtı magistralların təmiri və quraşdırılması ilə məşğul olurdular. Zərərçəkənlərdən biri Kornuollanın qərbində Portkyorno kəndində yerləşən, Britaniya kommunikasiya imperiyasının düyününü idarə edən, İndoneziya, Hindistan, Afrika, Cənubi Amerika və Avtraliyaya kabellər uzadan Şərq teleqraf kompaniyası olmalı idi. 1901-ci ilin 12 dekabrında Markoni okeanın o biri tərəfində bir neçə dəfə naqilsiz ismarıc göndərəndə, şirkət Maskelinidən xahiş etmişdi ki, biraz cəsusluq eləsin.

Sehrbaz Portkyornonun qərbindəki qayalıqlarda 50 m-lik radioqüllə ucaltdı ki, (onun qalıqları hələ də qalıb) Markoninin “yüksək konfidensial” sisteminin sahil və gəmi arasındakı mesajlaşmalarının dinənilməsinin mümkün olub-olmadığını təyin etsin. 7 noyabr 1902-ci ildə Maskelin Electrician jurnalında böyük həzlə bunun mümkün olduğunu elan etdi. Problem siqnalların tutlmasında yox, onların böyük axınının aydınlaşdırılmasında idi.

Markoni naqilsiz ötürücü texnologiyasını müəyyən tezlikdə patentləşdirmişdi. Bugün bu gülməli görünsə də, o vaxt elə gəlirdi ki, bununla təhlükəsizliyi təmin etmək olur və heçkəs sənin göndərdiklərinə “burnunu soxmur”. Görünür, cənab Maskelin işlərin əslində necə olduğunu göstərən ilk şəxs oldu.

Dinləməni açıq nümayiş etdirən Maskelin texnologiyanın çatışmazlıqlarını göstərməklə ona müdaxilənin mümkün olduğunu izah etmişdi. Belə ki, o atasının yaxınlıqdakı müzik-hollunda adi teleqraf açarı və ötürücü ilə yerləşmişdi. .

Fleminq bir neçə həftə ərzində Maskelinin hərəkətini elmə qarşı cinayət kimi qələmə verməyə çalışırdı. Lakin Maskelin opponentinin açıq faktları gözdən qaçırdığını bildirirdi.

Bugün vəziyyət biraz başqa cürdür. Hakerlər, həqiqətən də, sistemlərdəki boşluq və çatışmamazlıqları aşkara çıxarmağa kömək edirlər, eyni zamanda çoxlu ziyan da vururlar. Necə deyərlər, od olmayan yerdən tüstü çıxmaz.

NewScientist-in materiallarına əsasən hazırladım 😉

2 thoughts on “İlk hakerin dünyaya gəlməsi barədə nəql”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.