0

FB dostlarıma Yeni İl təbrikim!

Əjdaha ilimə 2 saatdan daha az vaxt qalıb. Mən də evə elə indi gəlib çıxmışam. Şəxsi məşğulluq səbəblərimdən FB dən uzaqlaşmışam, qeyri-müəyyən bir müddətə. Ona görə də qərara gəldim ki, Bloqdan təbrik edim hamısını birdən ki, xatirimdə olduqlarını bilsinlər.
Beləliklə:

Əziz, sevimli, sevgili və hörmətli dostlar. Əjdaha ili gəldiyi üçün əjdaha təbrik etməyəcəm, amma

..çalışıb vuruşanlara bol uğur,
həmişə yatanlara şirin yuxular,
musiqi sevərlərə yeni albomlar,
rəssamlara daha fərqli rəng çalarları,
avaralara yeni təmirli küçə tinləri,
oxuculara yeni postlar, yeni kitablar,
yazarlara yeni qələmlər, yeni laptoplar,
düşünənlərə yeni ideyalara,
musiqiçilərə yeni musiqi alətləri və yeni not və harmoniya yığını,
maraqlı seks sevərlərə yeni pozalar və aşağıdakı şəkli:

 


işsizlərə babat maaşlı iş yeri,
IT-şnik və SysAdminlərə yeni, daha keyfiyyətli və daha əlverişli HARDWARE və SOFTWARE,
autoStoperlərə çoxlu səhayət,
Kommunistlərə xüsusi KOMMUNALAR,
müəllimlərə isə uğurlu şagird və tələbələr arzu edirəm.

 

Təbiətin balansını pozmamaq şərti ilə hamının planlarının A-sı da olmasa, B-si həyata keçsin. Uğur olsun, eşq olsun. Əjdaha olsun!

 

P.S. şokoladsevərlər, yeriniz məlum, Əjdaha bir dənə şokolad yeyirəm, Süziyçün olsun.

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.