0

Xalqımız 88 və 2012

Eşşək elə eşşəkdi.. rusdilli ya azdilli, fərqi yoxdur. Yəqin ki, dünən bir çoxlarınız metrodakı basabas ucabtından istiqamətinizi dəyişdiniz. Təxminən axşam saatlarında. Sahil metrosundakı “insan” toplusunun polislər qarşısını almışdılar ki, bir-birilərini əzib öldürməsinlər.

Sonra da bu xalqı oturub 88-dəki xalqla müqayisə edirlər. İnanın ki, bu həmin xalq deyil. Eşşəkləşdirmə siyasəti öz bəhrəsini verib. Bir neçə gün öncə prezidentin ad günü münasibətilə Sumqayıtdakı xalqın tort acgözlüyü məni ciddi əsəbləşdirmişdi. Onsuz da belə olduqlarını bilirdim, sadəcə bu xalqın nümayəndəsi olmağım sinir sistemimə mənfi təsir elədi.

bəli bəli, 88-dəki xalqdan əsər əlamət qalmayıb, inqilabçılar özlərinə iş axtarsınlar. ya da çox ciddi addımlar atsınlar.

Gələk dünənki söhbətə. Bəxtiyar Hacıyevin “növbədə durmaq” askiyası bu xalqa kifayət etməz əlbəttə. Bunlara başqa üsul lazımdır. Xatirimdədir ki, Çində Olimpiya oyunlaı keçirlməmişdən 2 il əvvəl ora İngiltərədən mütəxəssislər göndərdilər ki, xalqa “növbədə durmaq mədəniyyəti” öyrətsinlər ki, bir-birilərini öldürməsinlər. Bizə də o lazımdır. Sonra deyirlər ki, metroda qıza yol vermirsən, qadına yol vermirsən. Necə verim axı, növbəsiz, icazəsiz, sırasız, eşşək kimi gəlib tapdayıb keçirlər ki, kartlarına gedişi bu tez yükləsin. “Ağıllıdırlar” axı.

Özününz müqayisə edin: yuxarıdakı video və..

Həqiqətən də, xalqı layiq olduğu başçı layiqli səviyyədə idarə edir. Pessimist yazı kimi oxumayın. Real olan budur. Ac xalqlar da olub, amma tortu gözlərinə təpib idealogiyalarını unutmayıblar. Mübarizə aparıb, haqlarını tələb ediblər.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.