Bəzi müasir kitabxanələr o qədər qeyri-adidirlər ki, onları ən çox gəzmiş-görmüş turistə belə məsləhət görmək olar.
1. Milli kitabxana (Minsk, Belorusiya) – inşaatı 2006-cı ildə başa çatmışdır. 22 mərtəbəli bina rombokubookteadr formasındadır – 8 üçbucaq və 18 kvadratdan ibarətdir. Dizayn insanların sahib olduqları böyük həmcli bilikləri kitablara yatırmalarını simvolizə edir.
2. Real Gabinete Portugues Leitura (Rio-de-Janeyro, Braziliya) – Portuqaliya sərhədləri xaricində portuqal ədəbiyyatının ən böyük kolleksiyasını qoruyan kitabxanadır. 19-cu əsrin sonlarında yaradılıb. Bütün fasad Portuqaliyada hazırlanıb və gəmi ilə Braziliyaya gətirilib. Kitabxananın içində ecazkar taxta ornamentlərə, şəkillərə və qəndillərə rast gəlmək olar.
3. Mərkəzi kitabxana (Sietl, ABŞ) – bu ultramüasir kitabxana 2004-cü ildə açılıb. Sponsorlardan biri Bil Qeyts idi və təəccüblü deyil ki, dizaynerlər binada “rəqəmsal era”nın ruhunu əks etdirməyə çalışıblar. Tikili düzgün olmayan formadadır, içərisini işıq və rənglər bəzəyir. Buna baxmayaraq, bəzilri hesab edir ki, kitabxana çox “soyuqdur”.
4.Vatikan kitabxanaı (İtaliya) – Rəsmi şəkildə 1475-ci ildə açılıb. Dünyanın ən vacib tarixi arxivi hesab olunur. Orda 75 min əlyazma (manuskript) və 1.1 milyondan çox kitab qorunur. Kitabxana ora girişin vacib olduğunu sənədlərlə sübut edə bilən hər kəs üçün açıqdır.
5. Geisel Library (San-Diyeqo Universiteti, ABŞ). Bu kitabxananı 1960-cı ildə memar Uilyam Pereyra yaradıb. 8 mərtəbəli kitabxana universitet kampusunun üzərindən hamının diqqətini çəkəcək formada ucalır. Kitabxana San-Diyeqoda yaşayan və bu kitabxanaya çoxlu sayda kitablar bəxş edən Teodor Syuza Geyzelin şərəfinə adlandırılıb.
6. Trinity College Library (Dublin, İrlandiya) – ölkənin ən böyük kitabxanasıdır. Çoxsaylı binalardan təşkil olunub. Köhnə kitabxanadakı Uzun otaq ən maraqlısıdır. Bu minlərlə kitabı olan böyük həcmli, 2 mərtəbəli kitab qoruğudur. Şkaflar o qədər hündürdürlər ki, kitabı əldə etmək üçün mütləq nərdivandan istifadə etmək lazımdır.
7. Ayova hüquqları Kitabxanası (De-Moyn, ABŞ) 1884-cü ildə Renessans dövrünün stilində inşa edilib. Mərmər divarlar və döşəmə, klassik çılçıraqlar, 5 yaruslu artium və iki dairəvi dəmir pilləkələrdən ibarətdir
8. José Vasconcelos Library (Mexiko, Meksika). Kitabxana 2006-cı ildə təntənəli şəkildə açılmışdı. Amma texniki təhlükəsizlik problemlərində tez bir zamanda bağlanmışdı. 2008-ci ildə yenidən işə salındı. Onun tikintisinə 100 milon dollar vəsait sərf olunub. Kitabxana ultramüasir üsuldadır və girişində nəhəng heykəltaraşlıq nümunəsi asılıb.
Bizimsə ən böyük kitabxanamız hal-hazırda Axundov kitabxanasıdır. Təəssüf ki, ən son ədəbiyyat nümunələrinə orda rast gəlinmir. Milli Kitabxananın fondunda 4 539 598 nüsxə ədəbiyyat saxlanılır. Bura jurnal, qəzet və digər nəşriyyat nümunələri daxildir. Kitabxana dizayn baxımından diqqət cəlb edir, təəssüf ki, bu sözləri onun saytı haqqında deyə bilməyəcəm. Bərbad dizayndadır və heç də rahat deyil.