0

absurd..

bir az əvvəl Freydin insan daxilindəki çox şəxsiyyətliliklə bağlı bir cümlə oxudum. dünənki mübahisəmi xatırladım. səhər saat 6 ya qədər mübahisə edirdim qardaşımla. söhbət dünyalarımızın fərqliliyindən və heç kimin digərini anlamaq məcburiyyətində olmamağından başladı və birinin digərinin əziyyətini yerə vurmaq kimi bir şeylə onu təhqir etməyə qədər uzandı. amma daha uzun hissəsi başqa idi. daxildəki ideallığı qoruyaraq xaricə tam realist yanaşmaq və ideallığı materialarla zənginləşdirmək. sözlərinifadə edə bilməyəcəyi şeylər. və bunun özünün şablon ifadəliliyi..

söhbət edərkən yeni dünyaların səndə olasının kəşfi.. tək fəza, mən idealam, ideallığı özüm kimi qəbul edirəm, heç kim mənə deyə bilməz ki, mən sənə ixtiyar vermirəm ki…. ixtiyar sahibi mənəm. istənilən qərarım doğrudur. ya da nə fərqi. qərardır.

yaxşı yoxsa, pis də yox. deməli boşluq. bo.luq vakumdur.. 3 ölçülü fəza, mən vahidəm və idealam, öz qara fəzamda. niyə qara? çünki qara sonsuzluq və sərhədsizlik deyiləndə ağıla gələn ilk və tək rəngdir. sonsuzluğun sərhədsizliyini təsəvvürdə canlandırmağım üçün boz rəngli cizgi ilə ədədi şüa çəkirəm.. və ondan sonra başlayan sonsuzluq olur.. uzun məsələdir. əsas mən o atmosferdə özüməm..yerdəki və digərlərinin beynindəki məhdudiyyətlər, terminlər. aksiomalar, teoremlər heç biri yoxdur.. xaos? yox.. o da deyil..hər şey çox anidir. heçnə yoxdur və hər şey ordadır. absurdur.. anlaşılmayacaq bir şeydir. anlaşılmasına da zatən ehtiyac yoxudr. çətinliyi isə elə özü kimi olmağıdır.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.