Bugün Moris Raveldən yazmaq istədim. Yazıram.
1875-in martın 7-də Fransanın Sibur şəhərində doğulub, Atlantik okeanının sahili, Fransa-İspaniya sərhəddində. Atası isveçrəli Pyer Jozef İSpaniyada işləyirdi, anası Mari Deluar köhnə basklardan idi.
Atası istetadlı ixtiraçı idi və musiqiyə həvəslə vaxt ayırıdı. Bu Morisdədə öz əksini tapdı. 6-7 yaşlarında musiqi ilə sistemli məşğul olmağa başladı. Əvvəlcə bəstəkar-pianoçu Anri Gis, 1887-ci ilədn Şarl Renedən dərs aldı. Sonuncu ona təkcə texnika deyil, həmçinin harmoniya, kontrapunkt öyrədirdi. Rene ilə məşğul olarkən Ravel Şuman mövzusuna variasiyalar bəstələdi.
1889-cu ildə Ravel Paris konservatoriyasına qəbul olmağa artıq hazır idi. O fortepiano dərslərini əvvəlcə Ş. Antiomdan, sonra isə 1891-ci ildən Ş. Beriodan aldı. Harmoniya dərslərini E. Pesserdən alırdı. Uğurları sayəsində o, bəstəkar adına layiq görüldü.
Haqqında çox yazmaq istəmirəm, həyatı rənglidir. İllər çoxdur. Bəstələrindən yazım:
«Köhnə menuet» (1895)
«İnfantanın ölümünə Pavana» (1899)
«Suyun oyunu» fortepiano üçün (1901)
«Əks» fortepiano üçün (1905)
«İspaniya rapsodiyası» simfonik orkestr üçün (1907)
«İspan saatı», opera (1907)
«Gecə Qasparı», ya da «Gecə Qulyabaniləri» fortepiano üçün (1908)
«Dafnis və Xloya», balet (1912)
«Kuperonun qəbri» (1917)
«Çağa və sehr», opera (1925)
«Bolero» simfonik orkestr üçün (1928)
Konsert № 1 fortepiano və simfonik orkestr üçün sol-major
Konset № 2 fortepiano (sol əl) və simfonik orkestr üçün re-major, Paul Vitgeynşteynə həsr olunub.
«Qaraçı qız», forteipano və skripka və ya orkestr üçün konsert rapsodiyası. (1924 г.)
Məni Ravelə aşiq edən onun Balerosu olub. Həm orkestr ifasında, həm də baleti. Baleti qoyuram ki, izləyəsən. Hə, bir də qeyd edim ki, ilk dəfə bir cizgi filmində eşitmişdim. İtib batmışdım musiqinin içində. Hardasa 9 ay əvvəl baletini izlımişdim və BU BİR DÜHADIR postumu yazmışdım.