Bu postda Amerika Birləşmiş Ştatlarındakı gülməli və absurd qanunlardan və əşyaların istifadə qaydalarındakı qeydlərdən yazacam. Bilirsiz ki, ABŞ-dakı hər ştatın özünün qanunları və ayrıca idarəolunma sistemi var. Bilmirsizsə, onda bilin 🙂 indi keçək qanunlara.
Texasda ölünün yanında ana söyüşü söymək qadağandır.
Arxa cibində dondurma gəzdirirsənsə, Kentukidə səni 3 günlük həbs gözləyir. (təsəvvür edin ki, buna görə vəkillər falan yığılırlar)
Minnesotada ərdən soğan və ya sardinya balığının iyi gəlirsə, qadını ilə sekslə məşğul olması qadağandır. (sarımsaq və kilkə ilə olsa, olar?!)
Missuridə yanğınsöndürənlər gecə paltarında olan qadını xilas edə bilməzlər, qadağandır. (lüt olsa bəs?))
Ohayoda qadın otaqda təkdirsə, kişi şəkli qarşısında soyunmaq ona qadağandır. (şahidlər olmalıdır)
İllinoysda ev heyvanlarına siqar təklif etmək qadağandır.
Merilenddə kinoteatra şir gətirmək qadağandır.
Alyaska qanunlarına görə uçan təyyarədən diri maral tullamaq qadağan edilir.
Benqal çilçıraqlarının istifadə qaydalarında yazılır: ağıza almaq olmaz.
Üzgüçülük papağının üzərində yazı: yalnız bir baş üçün.
Elektromişarın istifadə qaydalarında yazı: Xahiş olunur, işləyən mişarı əllər və ya genitalialarınızla saxlamağa çalışmayın.
Əslində çox axmaqcasına gəlir bizə. Sizcə bunlar niyədir?!
Bir neçə il bundan əvvəl McDonaldsı məhkəməyə verib, səhv etmirəmsə, 500 000 məbləğində təzminat alınmışdı. Kim? Sadə bir amerikalı hansı ki, McDonalds-dan isti kofe almışdı, onu ayaqlarının arasında saxlayanda unutmuşdu ki, o istidir, ya da heç bilmirdi (qabda tempratur bilinmir) və sıxmışdı, kofe isə dağılmışdı və ayaqları yanmışdı. McDonaldsı məhkəməy verdi ki, qabın üzərində kofenin istiliyi ilə bağlı bildiriş yoxdur.
Yəqin hər ştatın bu cür bizə absurd görünən qanunlarının da belə oxşar tarixçələri var.
P.S. ama öz aramızdı, gülməlidir də… 🙂
Haleluja Zadornov… 🙂