itirmək var, elə tapmaq kimidir, ani baş verir. əvvəl tapırsan, o tərəf – bu tərəfinə baxırsan, rəngini, qoxusunu alırsan, nəyinə gərədir ki bu? mən istəmədim. ama o gəldi. düşünürsən.. çox düşünürsən.. zaman etibarilə çox yox, həcm baxımından beynin tərləyir. təyinatını tapırsan, beyin yox ürək tapır ki, orda olmalı idi. sadəcə sürpriz idi. yerinin üstü pambıqla örtülmüşdü ki, bilinməsin, sanki sən doğulandan ora elə olmalı imiş kimi daim var olmuş. axtarmadığın, ama tapdığın şey o pambıqdan düşür içəri, özünə yer edir. və birdən möcüzə baş verir. hə.. o itir..
sənin dəyişmədiyin üçün sadəcə qeyb olur. sən indi baxırsan ki, nəsə çatmır, indi o tərəf – bu tərəfə baxmırsan, pambıqla örtülmüşün boş olduğu açıq aşkar görsənir. oturursan.. baxırsan iki tərəfə.. bir tərəfdə isti kofe.. tüstüsü yavaş-yavaş qalxır və qovuşur səmaya..sən də düşüncəlirini onunla uçurdursan.. yalnızlıqdan tüstünü özünə dost edirsən.. kofe biraz sadiqdir.. gec soyuyur.. tüstüsü uzun çəkir..
o biri tərəfdə pivə şüşəsi.. ağzını açırsan və ilk “fst” səsi ilə çıxan tüstüdə itirsən.. hər şey çox ani olur.. ya da bir-iki saniyə.. ama pivə vəfasızdı.. tez gedir..tüstüsü..
kofe və pivə.. birincidə tüstü soyuduğundan, ikincisində isə qapağı açılanda qızdığından itir.. nəticə.. itir..eynidir.. və səndə olanlar da elədirlər. itirlər. biri çox yaxın olduğundan itir, bir heç yanında olmadığından…
öpüşü niyə belə çox sevdiyim indi ağlıma gəlib.. seksdən belə daha çox.. indi kəşf elədim.. bu da bekarçılıqdandı. nəsə etmək lazımdır axı.. mən də kəşf etməklə məşğulam. nə gəldi..
öpüş əla şeydi.. bax ama nəbadə ürəkdən öpəsən.. ordakı parçalar hələ tam yığılmayıb.. dodaqlarını incə-incə kəsərlər. ən yaxşısı dodaqlarımdan öp.. bəlkə yapışdırmağa kömək edərsən… vay be.. doğurdan, ya da doğrudan əjdahayam..
yalnızlığımızı da aldadaq boş ehtirassız öpüşlərlər.. islanmış dodaqların toxunuşu.. əsası olan onların islanmış olmalarıdır.. bunun üçün də içəridəki (ürək) tam olmalıdır, parçalarsız.. tüpürcəklər ancaq dodaqlarda qalıb hissləri yapışdırsın.. itmişlərin parçaları ilə məşğul olmasın…
necə sərf edir elə də düşün.. ya tapmısan, ya da itimirsən.. nəticə eynidir.. tüstü yoxdu..