Azərbaycan gənclərinin az savadlı və ya savadsız hissəsi onun daha aktiv və ictimai aləmdə, həmçinin sosial dünyada normal fəaliyyət göstərən gənclərinin müsuqi zövqlərini aşkar etməyə imkan vermir. Nə mənada? O mənada ki, normal statistika aparmaq olmur ki, görək bizim intellektual gənclik hansı tərz mahnılara üstünlük verir. Müəyyən edə bilsək, bununla da onların qismən də olsa ruh halını öyrənmək olar.
Bugün daha çox boş vaxtım olduğundan sosial şəbəkələrdə və e-mail*lərimdə parollarımın hamısı dəyişmək qərarına gəldim və etdim. Bunlardan biri də Last.fm musiqisevərlər üçün ayrılmış sosail şəbəkə oldu.
Last.fm barədə məlumatı olmayanlara qısaca deyim ki, həm pullu, həm də pulsuz xidmətləri var. Bu şəbəkədə istənilən musiqi janrından (meyxana yoxdur, ən azı mən rast gəlməmişəm) özünə playlist hazırlaya, fb-dəki kimi musiqiləri like edə, tag edə bilərsiniz. Həmçinin sevdiyiniz qruplardan hansıların turnedə olması barədə də məlumat ala bilərsiniz. Last.fm Amazon.com la əməkdaşlıq etdiyindən, son albomları elə ordan sifariş edə bilərsiniz. Nəysə. Maraqlı olsa, qeyd olunun, baxın.
Yazımın məqsədi başqadır. Statistika.
Elə Last.fm-də köhnə accountumu silib, təzəsini yaratdım. Sol tərəfdə FOLLOW ME-dən məni tapa bilərsiz. Elə təzə başlamışdım ki, köhnə arxivimi yığım, belə bir bölməyə rast gəldim. Beliebte Müsic in Aserbaidschan (Azərbaycanda populyar musiqi)
&n
Maraqlı gəldi. Deməli, intellektual Azərbaycan Gəncliyi ən çox Rep janrına üstünlük verirmiş. Statistikanı aşağıda qeyd edirəm:
QEYD: Nəzərə alın ki, bir insan bir neçə qrupu dinləyir.
İfaçı/Qrup |
Janr/Stil |
Dinləyici sayı |
Dinlənildi (dəfə) |
Eminem | Rep | 3.224.532 | 111.158.026 |
Placebo | Alternativ Rok | 2.163.043 | 135.013.381 |
Pink Floyd | Proqressiv Rock | 2.117.039 | 181.675.779 |
Massive Attack | Trip-Hop | 1.936.279 | 76.375.363 |
a-ha | 80-ci illər | 1.013.890 | 15.577.250 |
Sade | Soul | 867.075 | 16.000.916 |
Bee Gees | Disko | 856.019 | 10.600.225 |
ATB | Trans | 685.318 | 19.377.607 |
God is Astronaut | Post Rok | 431.175 | 25.719.059 |
Zemfira | Rus Roku | 182.823 | 12.275.242 |
Məsələ bundan sonra başlayır. Üzümü tuturam “kreativ” təşkilatçılara. Yadıma gəlir, hardasa 3-4 il bundan əvvələ qədər Türkiyədən Mahsun Kırmızıgül, serdar Ortaç və s. kimi müğənniləri ildə 2 dəfə küllü miqdarda pula gətirirdilər Bakıya. Əslində bilmirəm nə deyim, yazdıqca da ətim tökülür. Əksər sahələrdə olduğu kimi, təşkilatçılıq sahəsində çalışanlarımız da işbilən deyillər. “Vosmoy” bazarındakı alverçi də həmin şeyi edir, onlar da. əgər elə olacaqsa, onda zəhmət olmasa “kreativ” sözünün adınızın qabağından götürün. Çünki Tarkanı Bakəya gətirmək kreativlik deyil. Zatən adam 4-5 dəfə olub burda. İşbilən adam statistika ilə iş görməlidir. Statistika bazardakı təxmini tələbi təyin edir. Hər hansı bir research şirkətini pul verib bu araşdırmanı aparmaqdansa, last.fm kimi saytlardan yararlanmaq olar. Demək olar ki, bütün sahələri əhatə edən sosial şəbəkələr artıq var. Məncə belə işləməyin özü bir kreativlikdir.