Bu yazıya məni ilhamlandıran – dostum, qardaşım Cavid Dadaşov oldu (Azercell-in reklamından tanıyırsız). İdeya! Azərbaycanda adətdir ki, mütləq bahalı bir hədiyyə olsun. Amma insana zövq verən onun bahalılığı deyil, orijinallığı və kreativliyidir. Bu postumda bir neçə ideya verəcəm. Əslində ideyaların hamısı özümdən deyil. Ordan-burdan xarici saytlardan falan gördüklərim də var. Həm məsrəf baxımından qənaətcildir, həm də gözlənilməzdir. Getdik:
#1. Romantik kuponlar – Gedirsən hər hansı bir dəftərxanaya. Tanıdığınız rəngli “yaddaş” kuponlarından alırsan. Gəlirsən evə. Hər kuponun üstünə bir istək yazırsan. Məs: “öpüşmək”, “evi təmizləmək”, “kluba getmək”, “massaj”, “seks” və s. Ağlına nə gəlirsə (ama edə biləcəyin). Yazandan sonra, onu qəşəng bir vəziyyətdə qablaşdırırsan (upakovka), verirsən qıza/oğlana. O kuponulardan hər hansı birini qız/oğlan nə vaxt sənə gətirib versə, sən onu etməlisən. (biraz əyləncəlidir və uzun sürən təbrikdir)
#2. Təltif etmək – Nədir? Məsələn: Sənin sevdiyin adam səni nə ilə heyrətləndiribsə, həmin adamı bununla təltif edirsən. “Ən sevdiyim insana” “Ən yaxşı öpüşlərə görə” və s. kimi. Bunun üçün gedirsən yaxınlıqdakı və ya uzaqdakı hər hansı bir poliqrafiyaya. Dizaynı və yazıları sifariş edirsən, çap etdirirsən, çərçivəyə salırsan, verirsən sevgilinə.
#3. Xoş xatirələr – Gedirsən bir dənə fotoalbom və rəngli kuponlardan alırsan. Gəlirsən evə və ya ofisə. Sevgilinlə/dostunla keçirdiyin ən xoş anların hərəsini bir kupona yazıb o alboma salırsan. Məs: “Yadındadır biz necə…”. Hər kupon – bir xatirə. Başına gələn ən maraqlı şeyləri yaz ora. Ver sevgilinə və ya dostuna.
#4. İntellektual təbrik – Münasibətlərinizin krossvrodunu tərtib elə. Necə? – Əvvəlcə bir kağız götür. Üstünə aranızda olan çağırışlar, ləqəblər, xoşladığınız menyular, yerlər, planlarınız və s. (yalnız sizin aranızda olan əlaqələrlə bağlı sözlər) yaz. Sonra krossvord tərtib elə. Alındı?! Əla. Get böyük bir Vatman kağızı al. Bir neçə fərqli rəngli markerlər. Krossvrodu orda çək. Əgər istəsən ətrafına həmin yerlərdən olan və ya birgə olduğunuz şəkillərdən yapışdır və ver ona. Assın otağından.
#5. Anti-Mental – Adını belə qoydum çünki mentalitetimiz imkan vermir buna (ürəkdən gülək). Deməli evdə yoxdursa, otelin qəşəng bir cakkuzisi olan otağı rezerv elə (bu biraz qiymətlidir, ama arxayın ol, əla olacaq). Cakkuzini köpüklü və ya qızılgül ləçəkli isti su ilə doldur (zövqdən asılı nə istəsən tök içinə). Cakkuzinin kənarlarına ətirli şamları düz, yandır amma yanğın təhlükəsizliyi qaydaları barədə unutma. Bir tərəfə isə Şampan şüşəsi (zövqə görə qırmızı və ya ağ şərab) qoy. Və sonrası sənlikdir. (cakkuzinin içinə birlikdə girməyi unutma).
#6. Uçan hədiyyələr – Evdə qarşılayırsansa, get şarlar və onun zövqünə görə ölçücə kiçik hədiyyələr al. Onları şarların içinə yerləşdir. Şarları evin tavanında qalması üçün içinə helium qazı doldur (çətin tapılan bir şey deyil). Evdə şam yeməyi vaxtı və ya uyğun bildiyin vaxt qıza/oğlana de ki, şarları partlatsın. Əyləncəli, zövqlü və s. və s.
#7. Qız oğlanın işlədiyi yerə Gül buketi (oğlanlar üçün də olur) göndərtsin. Bunu “izyuminkası” ordadır ki, adətən qıza göndərirlər belə buketi.
#8. Bildiyim qədəriylə Qəbələdə paraşütdən tullanmaq artıq var. Ora bir dənə kupon al, hədiyyə et. Qoy uçsun. 🙂
#9. Qız, xanım və s. bəyə öz erotik şəkillərindən ibarət olan kalendar bəxş edə bilər. (Əgər oğlan yekəqarın deyilsə, normal və seksual bədən quruluşuna sahibdirsə, o da edə bilər)
Belə. Seksual hissəli olanlar bizim mental millətimizə biraz qəribə gəlsə də, ən maraqlıları və unudulmaz olanlardırlar.
(cakkuzinin içinə birlikdə girməyi unutma). 😀 burasi gulmeli idi
Ideyalar heqiqeten de ela ve yaddaqalandi. Mutleq yararlanacam, her il birini etsem seviner sevgilim :)))))))))