Hə.. bu dəfə çox qaranlıq deyil, biraz işıq gəlir hardansa. Axmaq şeydi. Gülürəm özümə kinayəmlə, uzun müddətdir basdırdığım və üstünə tüpürdüyüm hisslərim sırtıqcasına yenə qayıdıblar. Qayıdıblar?!
Onlar heç getməmişdilər. Sakitcə kənardan mənə baxırdılar və gülümsəyirdilər. Nəfəslərini belə duymurdum, yazılarım sönmüşdü.
ətirləri gəlirdi.
Qəlbimdəki izlər üzümdəki cizgilərdən daha dərindi, sükutlarımın içində qəhr olur, susur, baxır, qışqırır ki, səsi eşidilməsin, bilinməsin ki, o gəldi, o ölmədi, o sadəcə kofe istədi..içdi və yenidən tərk edircəsinə qeyb oldu və təkrarlandı..
Barmağımla ağ kağıza yazdığım hər sözün sonuna cümlə olmasın deyə qırmızı nöqtələr qoydum. Onların xətlər olub sonsuzluğa uzandığını düşünə bilmədim. Ağ kəfənini bəyaz qollarım üzərində qara torpaqlara tapşırdım, onlar belə mənə xəyanət edib səni özlərində tutmadılar.
Yalan, həqiqət..
Allah, mən..
Tanrı, sən..
Yalnış, doğru..
Kofe, pivə..
Musiqi, sükut
Sükut, musiqi..
Balıq, kəpənək..
Bəyaz, bəyaz…
Və üçüncünu yaratdı hər biri..boşluq, sən, mən, məchul, təbəssüm, hiss, çöküş, unutmamaq və ölməmək… zülmət..
Başqa fəza: Reallığa baxmaq, istəmək, özünü zorlamaq, boşalmaq, hər çılpaq ayaqlı qadını istəmək, dodaqları, sinəsi, ayaqları..tüm vücudu istəmək.. və ancaq istəmək..