0

“Kasıb” Azərbaycan dili

Son zamanlar Azərbaycan dilinin kasıblığından çox söhbətər gedir. Əslində fikir verirəm o söhbəti edənlər özləri düzgün cümlə qurub, məna yaradıb fikrini izah edə bilməyənlərdir. Bir neçə dil bildiyim üçün bildiyim və xəbərdar olduğu, həmçinin bələd olduğum dilləri öz doğma dilimlə məna, qrammatik və imkan baxımından müqayisə etdim, qədim ədəbiyyatımıza müraciət etdim. Nəticə belədir ki, dilin kasıblığını təndiq edənlər nə yeni sözlər yaratmağa cəhd edirlər, nə də dildəki sözləri tam bilirlər. Azərbaycan dili sadə dil kimi görsənir, əslində elə deyil. İngilis və ya Rus dilində bir fikri ifadə edirlər və onun bizim dildə bənzər ifadəsinin mümkün olmadığını bildirənlərə bəyan etmək istəyirəm ki, dilin bacarıqlarını əvvəla tam öyrənin, sonra istifadə edin.

Qınamıram, çünki müasir ədəbiyyatımız da düz əməlli deyil və oxucu sadə cümlələrdən ibarət gündəlik sözlərdən təşkil olunmuş yazıları oxumaqla yeni bir nəsə oraya çıxara bilməz. Çalışın mürəkkəb cümlələr qurun, amma elə qurun ki, fikri sadə cümlədəki kimi anlamaq mümkün olsun.

Bir-iki gün öncə İstisna və Errant adlı iki repçinin Dəvətnamə adlı trekini dinlədim, nə repdi, nə də meyxana. Əsl bəhri-təvindir. Deyəsən, Sabirdən sonra ilkdir. Əladır. Dinləyin tutun mənaları. Həmçinin mətni də bura əlavə edəcəm.

 

Yenə də coşdu qələm, saldı yada hər əsəri, neçə köksüz bəhəri, bəsirət pəncərəsindən görünən qəm-qəhəri, səfərə çatma ümidilə qaçan hər nəfəri, bəşəri seyrə dalıb ağlayan aciz qəməri,

sözümün müxtəsəri,

nəzər atdım belə mən sübhi-səhər gör nə qədər mövsüm ara, tutunub arzulara istədim, imdad dilədim külli-cahandan mənə bir dad eləsin, bu zəif könlümü məhdud mey ilə şad eləsin,
meyi çoxdur cahanın, hər kəs içib kef eləyər, meyə meyl eyliyərək meyli fəsillər diləyər, ələyər dərdi qəmi gündəliyindən hərə bir cürnə ələklə, bələyər ruhunu min cürnə yalanla və kələklə…

Toxuyar öz kəfənin də ..
..bu bələklə xəbəri olmadan əlbət, doyurar ruhunu zülmət, bacarar acizə qüvvət, görürəm zülm eləyənlərlədir ləzzət, həmişə, müftə yeyənlərdədir izzət..
..mənəsə qaldı kədər-qəm, azalıbdır daha qüvvəm, mənə məlhəm deyə yalvardı bu qəlbim olaraq halətə heyran, mənə dar gəldi bu meydan, düşünüb yollara düşdüm ki, tapım dərdimə dərman, bu amalla, bu xəyalla, bu vüsalla neçə cür ellərə getdim, aralandım..məni çox ayladı vicdan, elə yandım, mən isə istəmədim ki, eşidim, dostumu qandım, elə sandım ki, bu dünya mənə dostdur, keçici ləzzəti xoş göstərərək söylədi ki, VİCDANI SUSDUR…
.. belə aldandı ürək, neçə min həqiqəti dandı ürək, ki pərişandı ürək, amma CƏHƏNNƏM deyərək qapayıb gözlərini HƏQQƏ yalandan, görünür neməti bitməzdi, tükənməzdi deyib səhv elədi, həmi cismi, həmi ruhu necə, gör, məhv elədi, başa düşdüm ki yanıldım, dadı da qalmadı, neynim, damağımda, üzümə vurduğu hər sillənin izləri qaldı yanağımda, elə bil ki acı qəflətdə idim, birdən ayıldım..

..demə röyadı bu dünya, dəli xülyadı bu dünya, qara dəryadı bu dünya,
düşərək qurduğu hər bir tələyə mən, dönərək bir köləyə verdiyi hər ləzzəti daddım, axı mən bir vaxt azaddım, gözü qəmli, amma şaddım, düzü çəksəm də, cəfalar və bəlalar, ucalıb ərşə nidalar bu dilimdən, bilib ancaq ki, duyan var, eşidən var, çəkinən dərdi bilən var, niyə çıxmışdı yadımdan, nə bilim ki, sevinim ki, tez ayıldım yuxudan mən, daş izi qaldı başımda bu uzun axtarışımda, neçə qafil ki sanır dünyanı canan, iki əlli yapışıbdır, elə bil ölməyəcək, elə bil dünyanı tərk etməyəcək, ona sanki heç ölüm gəlməyəcək, görəsən dərk edəcək mi, nə zamansa elə dünya sonunu tərk edəcək..

edəcək söyləyərək dil verəcək ruha təsəlli, iki əlli yapışanlar görəcəklər ki, o əllər itirib taqətini cismi dayaqsız qoyacaqdır, doyacaqdır yeriməkdən o ayaqlar kəsilib yerdən uçub göylərə çıxmaq tələbində olacaqdır, qalacaq boş bədənin keyfi-damaq istəyən hər bir otağı, donacaqdır bunu dərk eyləyənin dil-dodağı, soruşan olsa əgər çarəsi varmı?! Necə etsin ki, canın qurtara bilsin bu zülmdən, bu ölümdən..

cavab əlbəttə ki vardır…
bu ömür fəsli bahardır, onu biz zay edirik, bədəni ruhumuza tay edirik, ölümə dərd deyirik, halbuki, əslində ölüm ruhun azadlıq günüdür, anların ən üstünüdür, həyat isə bu anın gəlməsini gözləmə dövrü, əgər ömrün boyu sən dərmana dərdadı verib, zülmət edib gündüzü, səhvlə düzü fərqləndirərək kamil ola bilməmisənsə,
– bu sənin nöqsanın olmuş, hər anın şeytanın olmuş, olaraq sən bu qədər qapqara nöqsanlar ilə bilməmisən neyləmisən, neyləmisən eyləmisən, gəl nə qədər ki zamanın var, gümanın var oturub doğrunu tap sən, günah etsən də ki lap sən, olan olmuş, təki sınma, ya qırılma, demə ki, səhradır dünya, qara bir dəryadır dünya, bunu bil əladır dünya, yaşamaq qaydasını bilsən əgər sən, yaranar dünyaya sevda, dəyişər dünyada məna,
– sənə tövsiyyə verə bilmək üçün səhifəyə nəqş etdi naxışlar dənizində üzən aciz balıq hönkürtüsünün bir neçə damcı sarı göz yaşlarını İstisna..

Tags:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.